Mossada bağlı sayt: Ayətullah Sistani bizim gizli və ən təhlükəli düşmənimizdir
Mьəllif: admin1
Tarix: 10-12-2019, 10:46
Mossada bağlı sayt: Ayətullah Sistani bizim gizli və ən təhlükəli düşmənimizdir
İslamazeri.com "rasthaber"ə istinadən xəbər verir ki, Ayətullah Sistaninin İraqda əminamanlığın yenidən təmin olunması və insanların normal həyatlarına dönmələri üçün məmurların, fəhlələrin, müəllimlərin və tələbələrin iş və təhsil müəssisələrinə qayıtmalarını tövsiyə etməsi Sionistləri çox narahat edib.

Mossada yaxınlığı ilə bilinən Debka Portalında yayımlanan bir analizdə Ayətullah Sistani Sionist rejimin varlığı üçün ən böyük təhlükə kimi göstərilib.

Debkanın analizində bu cümlələrə yer verilib:

“Tel Əvivi 21-ci Əsrdə təhdid edən böyük təhlükə gizli və kölgədə qalan təhlükədir. Bu təhlükə böyük İsrail Dövləti Layihəsini təhdid edir.

Bizim üçün bu gün həqiqi təhlükə İran deyildir. Çünki İran bizim üçün açıq-aşkar bir düşməndir. Bizim üçün böyük və gizli təhlükə, İraqdan və şiə müsəlmanlar arasında müqəddəs qəbul olunan Nəcəf şəhərindən gəlməkdədir.

Bu gün bizim üçün təhlükə Haşdi Şabiyi quran və İŞİD-ə qarşı cihad fətvası verən Ayətullah Əli Sistanidir. Sistani, İsrailin stratejik hədəflərinin həyata keçirilməsinin önündəki böyük problemdir. Sistani bu gün xüsusi rola malikdir. O, İsrail üçün yumşaq bir şəkildə hərəkət kölgədə qalmış bir düşməndir.

Sistani bizim nəzərimizə görə, bir neçə gün içində dünyanın hər nöqtəsində 4 milyon müsəlmanı hərəkətə keçirə biləcək gücə malik böyük bir təhlükədir.

Həmçinin, onun İraq Dövlətindən daha böyük təhsil, xidmət və maliyyə qurumları təsis etdiyini, hətta bir çox sahədə dövlət qurumlarına yardım edəcək gücə sahib olduğunu da unutmamaq lazımdır.”

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930