İmanın 4 sütununu tanıyaq
Mьəllif: admin1
Tarix: 3-12-2019, 22:14
İmanın 4 sütununu tanıyaq
İmam Əliyə (ə) sual verirlər ki, iman nədir?

İmam (ə) cavabında buyurur: “İmanın dörd sütunu vardır ki, biri səbirdir, ikincisi yəqindir, üçüncüsü ədalətdir və dördüncüsü cihaddır”.

Həzrət (ə) buyurur ki, elm bir dənizdir və hər kimin bu dənizdə üzməyə qüdrəti olar, iman sütunlarından birini möhkəmlətmiş olar.

İmam (ə) buyurur ki, hər elm faydalı deyildir. Burada söhbət o elmdən gedir ki, insanlığa fayda verər və onları tərəqqi etdirər.

Adil o kəsdir ki, bu dənizdə üzür və vacibatları yerinə yetirib, haramlardan çəkinir. Ancaq adil insan çalışmalıdır ki, öz yolunu özü cızsın. Heç kəsə təlqin etməsin və onun-bunun sözlərini işlətməsin.

İnsanın gərək öz elmi olsun və bu elminə əsasən danışsın və hökm versin. İnsan əgər adil ola bilərsə, imanın başqa bir sütununu möhkəmlətmiş olar.

Allah Təala möminini çox uca tutur və buyurur ki, mömin Məndəndir və Mən də mömindənəm. Bu həmin kamal mərhələsidir ki, hər birimiz ona tərəf can atırıq.

Mömin o kəsdir ki, başına müsibət gəlsə belə, səbir edər və mülayim olar. Bəzən cahil insanlar möminə qarşı ədəbsizlik edərlər.

Əgər mömin səbir etsə və müayimlik göstərsə, deməli kamil imana malikdir və intiqam almağa niyyəti yoxdur. Bu, o deməkdir ki, imanın sütunlarından biri də möhkəmdir.

Hər kim Allahı tanıma dənizində yəqinliyə çatarsa, heç bir əqidə mövzularında şəkk və şübhə etməz. Yəqinlik məqamı onu İlahi qürbə tərəf aparar və bu da imanın sütunlarının birinin də möhkəm olmasından xəbər verir.

Hər kim Allahı tanıyar – özünü tanıyar. Özünü tanıyan insan bilər ki, hər nəyi varsa – Allahdandır və Allaha tərəf qayıdacaqdır.

Ona görə də Onun cihad yoluna qədəm basar və İlahi düşmənlərlə vuruşar. Bu cihadı Allah üçün edər. Bu da imanın dördüncü sütununun da möhkəm olmasından xəbər verər.

Beləliklə deyə bilərik ki, imanın dörd sütunu vardır: səbir, yəqinlik, ədalət və cihad. Hər kimdə bu sütunlar möhkəm olarsa, kamala çatar.



/Deyerle.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930