İnsanlar qəlblərinin alovunu yatızdırmaq üçün bura axışarlar…
Mьəllif: admin1
Tarix: 30-10-2019, 20:24
İnsanlar qəlblərinin alovunu yatızdırmaq üçün bura axışarlar…
Ayətullah Mirbaqiri Ərbəin yürüşü haqqında buyurmuşdur: “Ərbəin yürüşü - o əməllərdəndir ki, müsəlmanları bir yerə toplayar və Allahın izzətini nümayiş etdirər. Ərbəin ziyarəti İslam ölkələrinin vəhdətindən xəbər verir.

Adətən vəhdət iki cür olur. Bir növü – batil düşmənin toplaşaraq, vəhdət təşkil etməsidir. Qurani-Kərim buyurur: “Bilin ki, bu dünya həyatı yalnız oyun, əyləncə, bəzənmək, bir-birinizə öyünmək və mal-dövlət və övladda bir-birinizi üstələmək(dən ibarət)dir.

Necə ki, yağışın (yetişdirdiyi yamyaşıl) bitkiləri əkinçiləri heyrətə salar, sonra solar və onu saralmış görərsən və daha sonra quruyub sınar.

Axirətdə (Allaha qarşı üsyankarlıq edənlər üçün) ağır əzab və (itaətkarlar üçün) Allahın bağışlaması və razılığı vardır. Dünya həyatı aldadıcı maldan başqa bir şey deyildir”. (“Hədid” 20).

Bir dəstə isə müsəlmanların və Allaha inanların vəhdətidir ki, Ərbəin yürüşü bu vəhdətin əlamətlərindən biridir. Qurani-Kərim buyurur: “Ey iman gətirənlər! Allahdan və Onun Peyğəmbərindən (s) qabağa keçməyin (dini hökmlərdə onlardan eşitməyincə nəzər bildirməyin və rəhbərlik və qəzavət işində onlardan qabaq hökm çıxarmayın).

Allahdan qorxun ki, Allah eşidən və biləndir”. (“Hucurat” 1).

Bu ayə buyurur ki, Həzrət Peyğəmbərdən (s) qabaqda yol getməyin. Əgər bu ayənin batininə nəzər salsaq görərik ki, ayənin məqsədi odur ki, bizlərə Peyğəmbərin (s) həmişə hansısa proqrama malik olmasından xəbər verir.

Belə ki, bu ayə buyurur ki, Peyğəmbərin (s) qurduğu proqramı pozmayın və onu qabaqlamayın. Əslində nifaq əhli belə edir. Həzrətin (s) proqramının əleyhinə fitnə və fəsad hazırlayır ki, ona mane olsun.

Sonrakı ayədə buyurur ki, məbada səsin Həzrətin (s) səsindən uca olsun. Ayənin bir mənası əxlaqi mövzulara toxunur və insana ədəb dərsi verir.

Ancaq batini mənası odur ki, varlıq aləmində Həzrətin (s) səsindən uca səs olmamalıdır. Əgər bir alim və ya filosof məktəb açarsa, bu məktəbdə ancaq onun təsiscisinin səsi uca olur.

O kəslər ki, Həzrətin (s) yanında səslərini qısarlar – Həzrətin (s) tutduğu məqamı dərk ediblər deməkdir. Hər kim Peyğəmbərin (s) məqamını dərk edər, səsi yavaş çıxar. Deyilənə görə, bu ayənin ən bariz nümunəsi – Əmirəl-möminindir (ə).

Beləliklə deyə bilərik ki, varlıq aləminin tacı olan Peyğəmbər (s) elə bir din gətirmişdir ki, bu din kamil və Qiyamətə qədər ayaqda qalan dindir. Bu dinin davamçıları üçün Həzrətin (s) buyurduqları – birmənalı olaraq, hüccət olmalıdır.

Bu mövzu İmamlara (ə) da aiddir. Hər kim Peyğəmbərin (s) davamçısı olar – o, İmamların (ə) da davamçısı olmalıdır. Çünki bu müqəddəs insanları Allah seçmiş və bizlərin hidayət olması üçün göndərmişdir.

Məsumlar (ə) arasında Seyyidi-şühədanın (ə) xüsusi yeri vardır. Hər kim onun ziyarətinə gedər – şeytanın (lən) qurduğu tələləri məhv etmiş olar.

O, digər müsəlmanlara qoşularaq, İslam ümmətini yaradar. Yer kürəsinin hər yerindən Hüseyn (ə) aşiqləri bu yürüşə tələsər və beyətini təzələməyə can atar. Bu zaman ümmət yaranar. O ümmət ki, vahiddir və tək hədəfə doğru gedir.

Hər bir ziyarətin əcri vardır. Ancaq bu ziyarətin əcri hamısından daha çoxdur. Çünki insanlar qəlblərinin alovunu yatızdırmaq üçün bura axışarlar. İmam Hüseynin (ə) intiqamını almaq istəyənlər bu yürüşə qatılaraq, öz niyyətlərini bəlli edərlər.

Bu səbəbdən demək olar ki, Ərbəin yürüşü – vəhdətin nişanəsidir. Bu yürüş – beynəlxalq yürüşdür. Başqa dinlərin də nümayəndələri bu yürüşdə şövqlə iştirak edər və İmamı (ə) ziyarət edərlər”.

“Şübhəsiz, insanların iman gətirənlərə qarşı düşmənçilikdə ən qatısının yəhudilər və müşriklər olmasını görəcəksən. Onların möminlərlə dostluqda ən yaxın olanlarının isə «biz xaçpərəstlərik» deyənlər olduğunu görərsən. Bu, ona görədir ki, onların bir qismi keşişlər və rahiblərdir və onlar təkəbbürlənmir, özlərini yuxarı tutmurlar”. (“Maidə” 82).



/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031