Ərbəin yürüşü – hərəkətli etikafdır
Mьəllif: admin1
Tarix: 27-09-2021, 11:10
Ərbəin yürüşü – hərəkətli etikafdır
Möhtəşəm Ərbəin yürüşü beynəlxalq xarakter daşıyır. Belə ki, etikaf etmək üçün məscidə və ya başqa müqəddəs yerlərə gedirik. Üç gün orada qalır və özümüzü islah etməklə məşğul oluruq. Məsciddən bayıra çıxmağa icazəmiz olmur.

Lakin Ərbəin yürüşü – o ibadətlərdəndir ki, insan daima hərəkətdədir. Əslində Ərbəin yürüşünü səyyar etikaf adlandırmaq olar. İnsan bu yürüşdə çox sayda başqa millətlərin əzmini görür və özü də böyük əzmə malik olur.

Bu yolda yemək, içmək, yatmaq onun üçün mühüm amillər deyildir. Tək hədəfi – məhbubuna çatmaqdır, özü də piyada halda.

Atdığı hər addımda məhbubunu düşünər və ona çatmaq istəyi onun qəlbində sevgi atəşlərini yandırar.

O zaman ki, zəvvar başqalarının əzmini görər, yorğunluq onu tərk edər və çox böyük zövqlə bu yolu qət etməyə çalışar. Ona görə də deyə bilərik ki, bu ziyarət – hərəkətli etikafdır.

Ərbəinin başqa bir xüsusiyyəti odur ki, mənəvi nəzmə malik olar. Belə ki, dünyanın hər tərəfindən olan Hüseyn (ə) aşiqi müəyyən zaman və məkanda toplaşar və mənəvi yürüşə başlayar.

Halbuki bu zaman ərzində ruzi qazanmaq və başqa dünya işləri ilə məşğul ola bilərdi. Ancaq Hüseyn (ə) eşqi onu nə qədər uzaq olursa olsun Kərbəlaya gətirər və böyük insna toplumuna qovuşdurar.

Bu, elə bir ibadətdir ki, dünyanın müxtəlif yerlərindən gəlmiş aşiqlər bir dilə və adətə malik olmamaqlarına baxmayaraq, bir-birini yaxşı başa düşərlər. Çünki onların hamısını bura yığan eşqdir.

Saliklər sanki yazılmamış bir müqaviləyə əsasən, boyunlarına öhdəçilik götürər və mənəvi vəzifəsini yerinə yetirərlər. Bu yolda nə isti, nə soyuq, nə susuzluq və nə aclıq onu narahat etməz.

Bəlkə o qədər aşiqdir ki, bütün bu mövzular ona kiçik görünər. Çünki əsil hədəfi – çox böyük və ali hədəfdir. Əsil niyyəti – tez bir zamanda məhbubuna çatıb onunla beyəti təzələməkdir.

Allah hər birimizə bu ziyarətə getməyi nəsib etsin. Amin!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930