Doğrudur ki, deyirlər Allah-Taala həmin enerjidir?
Mьəllif: admin1
Tarix: 24-10-2022, 10:56
Doğrudur ki, deyirlər Allah-Taala həmin enerjidir?
Allah-Taala, vücudu vacib olan, alim, iradə sahibi, hər şeydən biniyaz, ehtiyacsız, məhdudiyyətsiz və hər bir nöqsandan pak və münəzzəhdir. Amma enerji naqis, ehtiyaclı, məhdud, elmsiz və iradəsiz bir mövcuddur.

Allah-taalanın sifətləri ilə enerjinin xüsusiyyətləri arasında olan fərqlərindən məlum olur ki, enerji Allah-Taala deyil.

Enerji, bir işin (hərəkət və qabiliyyətini) istedadını müəyyən edir, müxtəlif formalarda olur, bir şəkildən başqa şəklə düşə bilər və aşağadıkı xüsusiyyətlərə malikdir:

1.Enerji maddənin xassələrindəndir və onun içərisində qərar tutur.

2.Enerjinin mənbəyi var.

3.Enerjinin kəmiyyəti var.

4.Enerjinin məhdudiyyəti var.

5.Enerji dəyişkəndir.

Amma, pak və münəzzəh olan Allah-Taala nə maddədir və nə də maddənin tərkibində qərar tutub. Nə mənbəyi var və nə də səbəbi var. Kəmiyyət və məhdudiyyəti yoxdur. Dəyişkən və əvəzolunan deyil. Quran-Kərim də Allah-Taalanı hər şeydən ehtiyacsız, hər bir nöqsan, eyb və məhdudiyyətdən pak və münəzzəh kimi tanıtdırır.

Bəsirət əhli, bütün bu müqayisələri dərk etdikdən sonra əqli dəlillərlə belə nəticəyə gəlir ki, Allah-Taala enerji deyildir.

Əvvəlcə enerji sözünün mənasını tərif edəcik, ikinci onun xüsusiyyətlərini araşdıracağıq. Üçüncü addımda isə (fizika elminin mənabesindən və Quran ayələrindən, kəlam elmindən əqli dəlillərlə istifdə edib) enerjinin xüsusiyyətləri ilə Allahın sifətlərini müqayisə edəcəyik. Sonda bir daha nəticəyə gələcəyik.

Enerjinin tərifi:

"Enerji bir işin əncam tapmasının qabiliyyətini müəyyənləşdirir. Müxtəlif formalarda olur, bir şəkildən başqa şəklə düşə bilir."[1]

Enerjinin xüsusiyyətləri:

Qeyd olunmuş tərif və elmi mənabelərdə[2] açıqlanan məsələlərə əsasən, enerjinin aşağıdakı xüsusiyyətləri vardır:

1.Enerjinin maddi xasiyyəti var və o maddə çərçivəsindədir.(məsələn, bəziləri təsəvvür edirlər ki, günəşin nurunun mənşəyi yoxdur amma əslində, günəşin nurunun mənşəyi bəzi kimyəvi maddələrin reaksiyasının nəticəsidir)[3]

2.Enerjinin (soqrce) istehsal etmə mənbəyi var. Həmişə fiziki proseslərin və kimyəvi birləşmələrin nəticəsidir.

3.Enerjini ölçmək olar və kəmiyyəti var. Hər bir enerjinin digərinə nisbətdə xüsusi (dimansiyon) müəyyən ölçüsü vardır.

4.Enerjinin özünəməxsus məhdudiyyəti və qüdrəti var. (nümunə üçün nur yalnız, düz xətt üzrə seyr edir və heç vaxt hansısa əyri məkandan keçə bilməz)

5.Hər şeydən mühüm enerjinin şəkli də başqa şəkllərə düşmək kimi dəyişməyə malikdir. Belə ki, enerjinin keyfiyyəti və cinsi də dəyişə bilər. (Məsələn, fənərdə yığılmış enerjini azad etməklə onu hərəkətli bir enerjiyə çevirmək olur.

Yaxud, səddin arxasnıda olan potensial su enerjisi başqa tərəfə keçməklə işıq enerjisinə çevrilir) Bundan əlavə, son onillikdə alimlər o cümlədən, Enşteyn başda olmaqla isbat etmişdir ki, maddənin enerjiyə və həmçinin əksinə, enerjinin maddəyə çevirilməsi mümkündür.[4]

Enerjinin ilahi sifətlərlə müqayisəsi

Enerji haqqında bildiyimiz bütün bu xüsusiyyətləri Quran, rəvayətlərdə və kalam elmində bildiyimiz elmlərdən[5] belə nəticə alırıq ki, enerjinin xüsusiyyətləri Allah-Taalanın sifətləri ilə tamamailə tənaqüzdür.

Ona görə ki, Allah-Taala vücudu vacib olan, alim, iradə sahibi, hər cür nöqsan, ehtiyac və məhdudiyyətdən pak və münəzzəhdir. Amma, enerji nöqsanlı, ehtiyaclı, məhdud, elmsiz və iradəsizdir.

Bəs, Allah-Taalada nə maddəinin xüsusiyyətlərindən var, nə maddədədə qərar tutub, nə mənbəsi və səbəbi var (source), nə kəmiyyəti və məhdudiyyəti var və nə də dəyişən və çevriləndir.

Allah-Taala da Quranda Özünü ehtiyacsız, nöqsansız, eybsiz və məhdudiyyətsiz kimi tanıtdırır. Quranda oxuyuruq: "Allahussəməd"[6] yəni, Allah-Taala ehtiaycsız məbuddur. Deməli, heç bir şeyə ehtiyacı yoxdur.

Nəticədə, Allah-Taala heç bir şeydə qərar tutmamışdır. Çünki, əgər bir şeydə qərar tutsa, həmin şeyə ehtiaycı olmuş olar. Həmçinin, bu ayədə deyilir ki, Allah-Taalanın səbəbi yoxdur və doğulmamışdır.

Bütün aləm Ona möhtacdır. Səbəbələr səbəbi Odur. Həzrət Əli (əleyhissalam) Səməd sözünün təfsirində buyurur: "Səməd sözünün şərhi budur ki, O nə isim və nə də cisimdir.

Nə oxşarı və nə də misli var. Nə şəkili və nə də nümunəsi var. Nə həddi və nə də hüdudu var. Nə məhəlli və nə də məkanı var. .. Nə nurani və nə də zülmətlidir. Nə ruhani və nə də nəfsanidir. Heç bir məkan Onu tutucaq qabiliyyətinə malik deyildir."[7]

Qeyd olunmuş ayə və son hədis onu göstərir ki, Allah-Taala ilə enerji arasında tamamailə fərqlər var və əqli dəlillər də buna işarədir.

Digər bir ayədə oxuyuruq ki, "Allah-Taalanın hər şeyə əhatəsi var."[8] Belə olan halda, heç bir vəsilə Allahın özünü ölçə bilməz. Çünki, Onun hər bir şeyə əhatəsi var.

Həmçinin, başqa bir ayadə oxuyuruq: "Allah-Taala hər bir şeyə qadirdir."[9] Bu ayədən istifadə olunur ki, Allah-Taalanın heç bir məhdudiyyəti yoxdur.

Digər bir ayədə oxuyuruq: "Sən Allahın qoyduğu qayda-qanunda əsla dəyişiklik görməzsən!"[10] Ona görə ki, dəyişməz və sabit qanunlar yalnız, sabit və dəyişməz mövcud tərəfindən ola bilər.

Mühüm nöqtə:

Qeyd olundu ki, nur, enerjinin bir növ surətidir. Başqa tərəfdən də Quranda Allah-Taalaya nur kimi sifət nisbət verilmişdir.[11] Mötəbər təfsirlərdə bu ayə haqqında açıqlama verilib. Əl-Mizan təfsirində oxuyuruq ki, ayədəki nur sözü yəni, münəvvər, varlıq verən. Yəni, bütün yer və göylərə varlıq verən.

"Allah-Taalanın nuru odur ki, bütün nurlar ondan sərçeşmə alırlar. Bu da Allahın ümumi rəhmətidir."[12]

Nur təfsirində ayənin izahında gəlib ki, nur sözü yəni, hidayət edən və aydınlıq gətirəndir. Ona görə ki, Allah-Taala sonsuz nurdur. Hidayət edən və aləmlərin yol göstərənidir. Necə ki, ayənin sonunda oxuyuruq: "Allah, Öz nuru ilə hidayət edir....."[13]

Başqa təfsirdə belə izah olunur ki, Allah-taalanın nuru, yəni vücudunun nuru bütün yer və göylərə həyat verir. Əgər bir an Öz lütfünü varlıqlardan kəssə, həmin anda hər şey məhv olub aradan gedər və hər şey zülmətə düşər. Hətta, əgər nurun tərifi - "zatı nurani və aşkar olan qeyrisini də nurani və aşkar edən."- olsa belə, yenə də Allah-Taala mütləq nurdur.[14]

Nəticə budur ki, enərji ilə Allah-Taalanın sifətlərini müqayisə etdikdə, onların arasında böyük tənaqüz müşahidə olunur. Enerjini bütün məhduduyyət, nöqsan və zəifliyi ilə Allah-Taalaya nisbət vermək olmaz.

Çünki, Allah-Taala mütləq alim, kamil, elm və qüdrət sahibidir. Amma, enerji bütün növləri və naqislikləri ilə ilə heç vaxt kainatın yaradanı ilə müqayisə olunmazdır. Əgər hardasa, enerjini Allah-taalaya nisbət veriblərsə, bütün bu qeyd olunmuş xüsusiyyətlərələ onu açıqlamaq və izah etmək lazımdır.


[1] Dünya ensklapediysı (encyclopedia international), c.6; səh.432

[2] Fizikaçı Halidi, səh.148-163, iş və enerji

[3] Günəşdən gələn enerji, hidrogen atomları ilə (N) hidrogeni təşkil edən malekulların (N2) birləşməsindən əmələ gələn feysiyonlardan ibarətdir.

[4] Bu formula əsasən (məddə +enerji) E=mC*C

[5] Nümunə üçün Nəhcül-Bəlağədə 9Fezül-İslam) səh. 14-də oxuyuruq: " Başqasını Ona tay bilən ikiliyə düşmüş olar. İkiliyə düşən isə Onun bölünüb-parçalana biləcəyinə inan­mış olar Onun bölünə biləcəyinə inanan hər kəs Onu tanımır." ; Əl-Əsfar, c.6; səh.139; daha çox məlumat üçün Əl-Qovlus-ədid fi şərhit-təcrid kitabına müraciət edin. Səh.274-dən sonraya.

[6] Tohid surəsi, 2

[7] Biharul-Ənvar, c.3; səh.230

[8] Ənbiya surəsi 126.

[9] Təhrim surəsi 8

[10] Əhzab surəsi 62

[11] Nur surəsi 35, " Allah göylərin və yerin nurudur."

[12] Əl-Mizan, c.15; səh.122

[13] Təfsir nur, c.8; səh.185.

[14] Təfsir Nümunənin xülasəsi, c3; səh.297, Nur surəsi 35

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031