Cəfər Təyyar şəhid olanda oruc idi…
Mьəllif: admin1
Tarix: 7-04-2024, 10:32
Cəfər Təyyar şəhid olanda oruc idi…
Bəni-Abbasdan olan bir şəxs oruc haqqında soruşanda, ona deyirlər: “Əgər Peyğəmbərin (s) orucunu bilmək istəyirsənsə, o Həzrət (s) hər ayın üç gününü oruc tutardı və buyurardı: “Bu üç günün orucu dünyanın orucuna bərabərdir””.

Yəni belə bir oruc dünyanın bütün günlərində oruc tutmağa bərabərdir.

“Xəsais” kitabının müəllifi yazır: “Əli (ə) səvvab idi və çoxlu oruc tutardı”.

Mühəddis Qumi yazır: “İmam Əli (ə) gecələri oyaq qalar və ibadətlə məşğul olardı. Gündüzləri isə aralarında bir gün fasilə olmaqla oruc tutardı”.

Məşhur təfsirin müəllifi olan Təntavi yazır: “Mən təfsiri yazmağa başladığım gündən bəri Allahın tövfiqinin halıma şamil olması üçün nəzir etdim ki, təfsiri bitirənə qədər oruc tutacağam. İndi 6 ildir ki, oruc tuturam”.

Nümunəvi oruc tutanlardan biri də Cəfər Təyyar idi. O, Mutə döyüşündə iştirak edir və bu döyüşdə onun iki əlini kəsirlər. Ona 70 dənə ox dəyir. Bədənində olan qanı sona çatmaq üzrə olur. Onu yaralıları müalicə etdikləri xeyməyə çatdırırlar.

Abdullah ibni Ömər deyir: “Mən Cəfər Təyyar ilə birlikdə idim. Hələ nəfəs alırdı. Bir qədər su gətirdim ki, içsin və gözlərini güclə açıb mənə baxdı və dedi: “Nə deyirsən?”.

Mən dedim: “Su gətirmişəm ki, içəsən”.

Dedi: “Bu suyu başımın üstündə saxla. Əgər məğribə qədər sağ qalsam, ondan içərəm. Əgər qalmasam, susuz halda Allahın yanına gedərəm”.

Dedim: “İndi ki, su var, niyə məğribi gözləyirsən?”.

Dedi: “Mən indi orucam və orucumu açmaq istəmirəm””.

Nəfisə, İmam Həsən Müctəbanın (ə) nəvələrindən biri idi. Quran təfsirçisi və hafizi idi. O, gündüzləri oruc olardı. Gecələri ibadətlə məşğul olardı.

Evində bir qəbir qazmışdı və orada Allahla razu-niyaz edərdi. Bu qəbrin içində 109 dəfə Quranı xətm etmişdi.

208-ci ildə ölüm yatağına düşür. O, oruc idi. Ancaq həkimlər təkid edirlər ki, gərək iftarını açsın.

Deyir: “Təəccüblüdür, 30 ildir ki, Allahdan istəyirəm mənim canımı oruc halda alsın. İstəyirsiniz ki, mən iftar edəm?”.

Sonra Quran tilavəti ilə məşğul olur. “Ənam” surəsini oxuyan zaman huşdan gedir. Huşa gələn zaman kəlmeyi-şəhadətləri deyir və can verir.




/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930