Sərvət toplamağın günahını özü çəkər, səmərəsini başqaları görər – simicliklə necə mübarizə apa bilərik?
Mьəllif: admin1
Tarix: 28-03-2019, 21:07
Sərvət toplamağın günahını özü çəkər, səmərəsini başqaları görər – simicliklə necə mübarizə apa bilərik?
Simiclik rəzil sifətlərdəndir ki, insanı həm digər insanlardan və həm də Allahdan uzaqlaşdırar. Ona əzab və qəmdən başqa bir şey gətirməz.

Bəs nə edək ki, simicliyimizi aradan apara bilək?

Dar düşüncə həmişə ağlın düşməni olmuşdur. Ona görə də bir qədər geniş düşüncəyə malik olub, bu mövzudan çıxış yolu tapmaq lazımdır. Hər kim bu xəstəlikdən xilas olarsa, nicat tapar.

“Nəfsin xəsisliyindən qorunub saxlanılan kimsələr – məhz onlar nicat tapanlardır”. (“Həşr” 9).

1. Borc vermək. Başqalarına borc vermək – simicliklə mübarizə aparmağın yollarından biridir. İnsan bu əməli ilə həm Allahı razı salar və həm də simicliyinin qarşısını bir qədər alar. “Kim Allaha gözəl bir borc verməyə hazırdır ki, Allah (da) onu (qaytararkən) onun üçün neçə qat artırsın? (Ruzini) azaldan da, çoxaldan da Allahdır. Ona tərəf qaytarılacaqsınız”. (“Bəqərə” 245).

2. İnfaq. Hər kim infaq edər – xeyiri həm özünə və həm də başqalarına çatar. “Onların (batini) hidayətləri sənin öhdəndə deyildir (sənin vəzifən – çatdırmaq, qorxutmaq, müjdə vermək və dəlil gətirməkdən ibarətdir).

Lakin (Öz hikmət və rəhmətinə uyğun olaraq) istədiyini hidayət edən Allahdır. (Allah yolunda) nə mal xərcləyirsinizsə - öz xeyrinizədir və Allahın razılığını qazanmaqdan başqa bir şey üçün xərcləmirsiniz. (Odur ki, malların ən yaxşısını xərcləyin və minnət də qoymayın).

(Allah yolunda) xərclədiyiniz hər bir mal (onun mükafatı və ya onun eynilə özü axirətdə) kamil surətdə sizə veriləcək, sizə əsla zülm olunmayacaq, haqqınızdan kəsilməyəcəkdir”. (“Bəqərə” 272).

3. Sədəqə vermək. İmam Səccad (ə) buyurur ki, sədəqə vermək – Allah qəzəbini yatızdırar. Sədəqə verən o yeddi nəfərdən biri olacaqdır ki, İlahi kölgədən başqa kölgə olmayan gündə Allah ona kölgə salacaqdır.

4. Simicliyin ziyanları ilə tanış olmaq – o xəstəlikdən xilas olmağın yollarından biridir. Simic insan bilməlidir ki, bu, rəzil bir sifətdir və onun ruhuna əziyyət verən bir xəstəlikdir.

Bu xəstəlik ona yoxsulluq və məhv olmaqdan başqa bir şey gətirməz. Bundan başqa, simic insan ölən zaman həsrətlə ölər. Çünki topladığı malı xərcləməyə qıymadığı halda, onu digərlərinə qoymağa məcbur olar. Varisləri də onu istədikləri kimi xərcləyərlər. Yəni, mal toplamağın günahını özü çəkər, səfasını isə varisləri görərlər.

Beləliklə, bu sifətin rəzil olması barəsində bir qədər təfəkkür etsək, onun nə qədər ziyanlar gətirdiyinin şahidi olar və ondan xilas olmağa çalışarıq.




/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031