İslami təbliğat elə olmalıdır ki, gənclərin özü təbliğatçıya çevrilsin - Ayətullah Xamenei
Mьəllif: admin1
Tarix: 28-01-2019, 10:31
İslami təbliğat elə olmalıdır ki, gənclərin özü təbliğatçıya çevrilsin - Ayətullah Xamenei
Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei İranın İslami Təbliğat Komitəsinin məsul şəxsləri ilə görüşüb.

Maide.Az “Leader.ir” saytına istinadən xəbər verir ki, görüşdə çıxış edən Ayətullah Xamenei gənclərin, tələbələrin və mədəniyyət sahəsinə çalışanların əsas sual və düşüncə ehtiyaclarını təmin etməyi İslami Təbliğat Komitəsinin önəmli öhdəliklərindən biri olduğunu qeyd edib və sosial şəbəkələrdə hərəkətverici çalışmaların və təbliğatın patologiyasının aparılması ilə bağlı tövsiyələrini verib.

Ayətullah Xamenei deyib ki, İslami Təbliğat Komitəsi innovasiya və dini intellektual imkanlarından yararlanmalıdır. “Bu gün sıçrayışlı işlərin görülməsi günüdür və Qum Dini Elmi Hövzəsi bu sahədə yeni baxış və istiqamətlərə ehtiyaclıdır.”

İsalmi Təbliğat Komitəsinin Dini Elmi Hövzədə geridə qalmış işlərə diqqət ayırmasını və onları prioritet məsələlərə bölərək işlər görməsini tövsiyə edən Ayətullah Xamenei sosial şəbəkələrdə təbliğat fəaliyyətlərinin artırılmasının zəruriliyini vurğulayıb.

“Sosial şəbəkələrdə müxtəlif qurumlar çalışır, lakin bu çalışmalar hərəkətverici olmalıdır. Sosial şəbəkələrdən istifadə təsiredici mədəni fəallarla əlaqə yaratmaq və onların suallarını cavablandırmaq üçün ən yaxşı vasitədir.”

Ayətullah Xamenei gənclərin intellektual şübhələr və suallarını cavablandıracaq kitabların yazılması və nəşr edilməsinin zəruriliyini də vurğulayıb.

"İslamçı işçilərin tədrisinin tərtibi", “Təbliğat sahəsində aktiv olan digər qurumlarla şəbəkələşmə və əməkdaşlıq" və "təbliğatın patologiyasının" aparılması Ali Rəhbərin İslami Təbliğat Komitəsi rəsmilərinə olan digər tövsiyələrindən idi.

Təbliğat fəaliyyətlərində önəmli bir halqanın olmasına yəni “təbliğdə effektlik və təsir” məsələsinə toxunan Ayətullah Xamenei bildirib ki, təbliğatçıların, şəhər və kəndlərə getməsi və yaxşı danışması kifayət etmir.

"Təbliğatçılar elə təlim görməlidir ki, təbliğ müddəti bitdikdən sonra da bacarıqlı gənclərlə əlaqələrini qorumalı və fikir mübadiləsi aparmaqla bir neçə il ərzində həmin bölgədə həmin gənclərinin özünü təbliğatçıya çevirməlidirlər."

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031