Zehnimizə qəfil gələn müsbət fikirlərin mənbəyi
Mьəllif: admin1
Tarix: 25-01-2019, 20:05
Zehnimizə qəfil gələn müsbət fikirlərin mənbəyi
Bəzən bir şey haqqında düşünürük və onun cavabını tapmağa çalışırıq, amma çətinlik çəkirik. Qəfildən bu zaman zehnimizə bir fikir gəlir və bizə yardım edir.

Halbuki, bu fikir və bu elm bizim zehnimizdə heç bir zaman olmamışdır və yaxud sadə məntiqi yolla buna çatmaq çox müşkül bir işdir. Bəs bu elmin mənbəyi kimdir və haradandır?

Bu elm o kəs tərəfindən əta olunar ki, həmin elmə malik olar. Allah Təala – Mütləq Alimdir və mələklərinə verdiyi elm də qeybi və ladoni elmdir. Mələklər bu elm sayəsində insanlara ilham yolu ilə yardım edər və şeytanın (lən) vəsvəsələrindən xilas edərlər.

Ona görə deyə bilərik ki, bizim zehnimizə gələn fikirlərin ilham mənbəyi – mələklərdir. Çünki onların vəzifələrindən biri elə budur.

Bəli, biz hər an mələklərlə birlikdə yaşayır və onların ilhamlarına diqqət edirik, özümüz də bunu bilmədən.

Təəccüblüdür ki, bəzi cahil insanlar qeyb xəbərlərini əldə etmək üçün cinlərin sorağına gedirlər. Bu düzdür ki, onlar da bəzi elmlərdən ibtidai səviyyədə xəbərdardırlar.

Bu elmlərin bəzisi insanlardan gizli saxlanılır. Ancaq cinlərlə rabitə qurmaq insana ziyandan başqasını gətirməz. İnsanın tərəqqi etməsinin qarşısını almaqla yanaşı, onu yolundan azdırar. Cinlərlə kontakta girən insan, ruhi xəstəliklər də tutar.

Halbuki, nurani olan mələklər insanlar üçün nur mənbəyidirlər. Onların nuru insanın təqvasını artırar və Allaha olan diqqətini çoxaldar.

Mələklərin elmi – yəqin elmdir, çünki Allah tərəfindən olan elmdir.

Allah Təala bizlərə bu ətanı qəbul etmək tutumu versin, inşəallah.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930