Özünüzü bu 3 “qalxan”la qoruyun – Allah rəsulu (s)
Mьəllif: admin1
Tarix: 28-12-2018, 18:14
Özünüzü bu 3 “qalxan”la qoruyun – Allah rəsulu (s)
Qurani-Kərim həm qeyd olunan bu ayədə, həm də bir çox yerdə insanın başına gələn bütün təhlükələri, hadisə və bəlaları onun öz əməlinin nəticəsi bilir.

Bu səbəbdən insan öz taleyinə, qarşısına çıxan, başına gələn müxtəlif cür mənfi hallara səbəbkar ola bilirsə, demək bunun əksi də mümkündür.

Yəni insanın gələcək taleyi, səadətə və xoşbəxtliyə nail olması onun qarşısına çıxan hadisələr və o hadisələrin istiqamətləndirməsi ilə çox bağlıdır.

İnsan ona verilər istedad və potensial gücünü doğru istiqamətdə dəyərləndirərsə müsbət qarşılığ görər. Yox, əgər əks istiqamətdə sərf edərsə, təbii ki, bununda qarşılığını görər.

Quran buna işarə edərək buyurur: “İnsan səy etiyi (can atdığı) şeyə nail olar” (Nəcm-39)

Allah rəsulunun (s) hədisi də bu mətləbə açıq şəkildə izah edir. Peyğəmbərimiz (s) buyurub: “Malın zəkatı verilərsə, nə suda, nə də quruda o mala xətər gəlməz. Öz malınızı zəkanla qoruyun. Öz xəstəliklərinizi sədəqə ilə müalicə edin. Bəla qapılarını dualarınızla bağlayın.” (ən-Nəvadir-30)

Quranın və hədislərin buyurduğu kimi, insan yalnız öz səyinin, öz əməlinin qarşılığını görər. İnsan nəticəni öz əməlləri ilə qazanar.
(İslaminSesi)
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031