Qorxusu olmayan alimdən və özünü müqəddəs göstərən cahildən çəkinməli
Mьəllif: admin1
Tarix: 24-12-2018, 10:26
Qorxusu olmayan alimdən və özünü müqəddəs göstərən cahildən çəkinməli
Cəhalət insanın günaha daha çox düçar olmasına səbəb olar. Bunun aydın nişanələrini Qurani-Kərimdə görmək olar.

“Və İsrail övladlarını dənizdən (Nil çayından) keçirtdik. Onlar öz bütlərinə (pərəstiş etməyə) üz tutmuş və (bütlərinin) ətrafına toplaşmış bir dəstəyə yetişdilər. (Onlar əsirlikdə olduqları vaxt fironçuların hissiyyata yaxın şeylərə meyil göstərmələrindən təsirləndikləri üçün) dedilər: «Ey Musa, onların məbudları olduğu kimi, sən də bizim üçün məbud düzəlt!».


(Musa) dedi: «Doğrudan da siz nadanlıq edən bir dəstəsiniz”. (“Əraf” 138).

Qurani-Kərim Lut (ə) peyğəmbərin dilindən buyurur: “Həqiqətən, siz daim cahillik edən bir qövmsünüz”. (“Nəml” 55).

“Dedi: «Heç cahil və nadan olduğunuz zaman, Yusuf və qardaşı ilə nə etdiyinizi bilirsiniz?!”. (“Yusif” 89).

Bu ayələrdən aydın başa düşmək olur ki, cəhalət və nadanlıq günah üçün zəminə olur və insanı günahkarların sırasında qərar verir.

Hədislərimiz də bu həqiqətə dəfələrlə işarə etmişdilər. Belə ki, İmam Əli (ə) buyurur: “Cəhalət – çirkinlik mərkəzidir. Cəhalət – çirkinliyin kökü və bünövrəsidir. Cəhalət – insanın məadının məhv olmasına səbəb olar”.

İmam Sadiq (ə) buyurur: “Ağlı və ordusunu tanıyın, həmçinin cəhaləti və ordusunu tanıyın”. Sonra cəhalətin ordusunun 75 çirkin sifətini tanıdır.

İmam Əli (ə) buyurur: “İki şəxs belimi sındırmışdır: qorxusu olmayan alim, özünü müqəddəs göstərən cahil”.

Həzrət Peyğəmbər (s) buyurur: “Nadan o kəsdir ki, Allaha itaətsizlik edər, baxmayaraq ki, gözəl üzə və böyük müvəffəqiyyətə malik olsa belə”.

Həzrət Əli (ə) buyurur: “İbadət edən cahillərdən və günahkar alimlərdən çəkinin. Çünki onlar hər bir fitnənin mənbəyidirlər”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031