İnsan nadanlıq üzündən günah edərsə, Rəhim Allah Öz haqqından keçir
Mьəllif: admin1
Tarix: 24-11-2018, 14:47
İnsan nadanlıq üzündən günah edərsə, Rəhim Allah Öz haqqından keçir
Quran və dini mənbələrdən istifadə edən zaman görürük ki, o zaman ki, insan nadanlıq və cəhalət üzündən günah edərsə və namazı tərk edərsə, Allah bəzən Öz haqqından keçir və onu əfv edir. Yəni, bu insan etdiyi günahı bilərəkdən etməmişdir, nadan olduğu üçün bu günaha düçar olmuşdur. Amma Allah keç kəsi səbəb olmadan bağışlamaz.

Allah Təala bu haqda buyurur: “Sonra şübhəsiz, sənin Rəbbin bir növ nadanlıq (haqqın əzəmətindən qafil olmaq və nəfsi istəklərin qalib gəlməsi) üzündən günaha mürtəkib olub, ondan sonra tövbə edərək həm özləri saleh olan və həm(keçmişlərini) islah edən kəsləri – əlbəttə, sənin Rəbbin bundan sonra çox bağışlayan və mehribandır”. (“Nəhl” 119).

Başqa yerdə buyurur: “Həqiqətən Mən (şirk və küfrdən) tövbə edən, iman gətirən və yaxşı işlər görən, sonra doğru yolda möhkəm dayanan (və ya insanlığın kamillik mərhələlərinə doğru istiqamətlənən) kəsi çox bağışlayanam. (Çünki İslamı qəbul edən kimi əvvəlki küfr, günahlar və digər İlahi haqların kəffarə və qəzaları yeni müsəlman olmuş şəxsin boynundan götürülür)”. (“Taha” 82).

O kəs ki, bilərəkdən namaz qılmaz – küfrə düçar olmuş olar. Artıq onu bağışlamaq üçün zəminə olmaz.

Əgər Allah öz haqqından rahatlıqla keçsəydi, hamı İlahi göstərişləri pozmağa çalışardı. Bu zaman insanlara İlahi əmrlərin nazil olmasının mənası olmazdı. Bu zaman yerə 124 min peyğəmbərin (ə) gəlməsinin də mənası olmazdı.

Əgər Allah namazı tərk edənləri rahatlıqla əfv etsəydi, namaza qarşı səhlənkarlıq edənlərə qarşı ediləcək ağrılı əzablar haqqında xəbər verməzdi.

Ona görə də deyə bilərik ki, Allah ancaq sevdiyi bəndələrinin cahillik üzündən yerinə yetirdiyi və Haqqullaha aid olan günahlarını bağışlayar. Haqun-nas isə insanlara aid olduğu üçün Allah bu haqqa qarışmaz və insanların özünə buraxar.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031