Həsəd
Mьəllif: admin1
Tarix: 13-11-2018, 10:12
Həsəd
أَمْ يَحْسُدُونَ النَّاسَ عَلَىٰ مَا آتَاهُمُ اللَّهُ مِنْ فَضْلِهِ فَقَدْ آتَيْنَا آلَ إِبْرَاهِيمَ الْكِتَابَ وَالْحِكْمَةَ وَآتَيْنَاهُمْ مُلْكًا عَظِيمًا


"Yoxsa onlar Allahın Öz lütfündən insanlara verdiyi şeyə görə onlara həsəd aparırlar? Biz İbrahimin nəslinə də ktab və hikmət bəxş etmiş və onlara böyük bir səltənət verdik." (Nisa, 54).

İzah: “حسد” (həsəd) sözü Quranda yalnız beş dəfə işlənsə də onun məfhumu Quranın bir çox ayələrində – xüsusilə “بغی” (bəğy) sözünün bəzi formalarında – təkrarlanmışdır. Qurana görə bir çox günahların kökündə həsəd dayanır. Necə ki, bu ayədə də həsəd kitab əhlinin Peyğəmbərlə (s) düşmən olmasının səbəbi kimi göstərilmişdir. İblisin Adəmə (ə) və Qabilin öz qardaşına həsəd aparması bu günahın insanların yolunu azmasında oynadığı rolu göstərən digər nümunələrdir.

“Fələq” surəsinin son ayəsindən anlaşıldığına görə paxıl insan o qədər şər və pislik mənşəyidir ki, ondan xilas olmağın yeganə yolu Allaha sığınmaqdır. Düşmənçilik, kin-küdurət, daxili həqarət və imanın zəifliyi paxıllığın meydana gəlməsinin ən mühüm səbəbləridir.

Qeyd edək ki, həsəd – başqasına verilən nemətin tələf olmasını arzu etmək – və qibtə – başqalarına verilən nemətlərin tələf olmasını istəmədən özünə də o nemətlərdən arzulamaq – arasında fərq var. Mənəvi məsələlərdə qibtə etmək xoşagələn haldır.

Hədis: İmam Baqir (ə): “Od çırpını yediyi kimi həsəd də imanı yeyir.” (Kafi, c. 2, səh. 306, hədis: 1).
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031