Atəş odunu yeyən kimi, həsəd də yaxşı əməlləri yeyər
Mьəllif: admin1
Tarix: 30-01-2016, 20:42
Atəş odunu yeyən kimi, həsəd də yaxşı əməlləri yeyər

Çox təəssüf ki, tarix boyu çox sayda qadınlar və kişilər həsəd kimi rəzil bir sifətə tabe olaraq, çirkin işlər yerinə yetirmişdilər. Bu şeytani sifət sayəsində həsəd apardıqları insanların xoşbəxtliyini və rifahını qısqanmışdılar. Onun və malik olduğu nemətlərinin məhv olmasını arzulamışdılar.
Tarixdə həsəd aparan insanlar içərisində kitab əhlini də görmək olur. Onlar İslam dininə iman gətirən möminlərə həsəd apararaq, onların pisliyini istəmişdilər. Ona görə də daima onları küfrə tərəf çəkməyə çalışmışdılar. Bəli, o zaman ki, həsəd atəşi batini təndirdə alovlanar, bütün yaxşı sifətlər bu təndirdə yanıb kül olar. İnsanı insanlıqdan çıxardar və vəhşi heyvana çevirər. Daima fürsət axtarar ki, həsəd apadığı insana ziyan vursun. Bacardığı qədər onu nemətlərindən məhrum etsin. Əzabın və küfrün qapılarını üzünə açsın.
Halbuki, həsəd aparan insan bu əməlindən heç bir fayda almaz, əksinə ziyanı daha çox olar. Axirətini əldən verər, Allah dərgahında zalım kimi tanınar. Buna görə də İlahi rəhmətdən uzaqlaşdırılar. (Erfan)
Həzrət Peyğəmbər (s) buyurur: “Həsəddən çəkinin, çünki həsəd yaxşılıqları yeyər, necə ki, atəş odunu yeyər”.
Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Həsədin nişanəsi bunlardır: həsəd apardığı insanın qeybətini etmək, yaltaqlanmaq, həsəd apardığı insana müsibət dəyəndə sevincini bildirmək”.
O zaman ki, Həzrət İsa (ə) dünyaya gəlir, şərq şeytanlarının böyüyü İblisin (lən) yanına gəlir və deyir: “Gəlmişəm deyəm ki, bu gecə mənim tərəfimdə büt qalmadı, məgər o halda ki, dağıldı”. Sonra qərb tərəfinin şeytanlarının böyüyü gəldi və şərq şeytanlarının böyüyü kimi danışdı. İblis (lən) onlara əmr edir ki, bayıra çıxıb gəzsinlər və görsünlər ki, nə hadisə baş verir. Getdilər və gəlib dedilər ki, heç nə tapmadıq. İblis (lən) özü hərəkət etdi və mələkləri səmada ibadət edən halda gördü. Şeytanlara tərəf qayıdıb dedi: “O mühüm hadisə yerdə baş veribdir. İsa (ə) dünyaya gəlibdir və Allah onu bəndələrinə zühur edib ki, Allah Təalaya pərəstiş etsinlər. Sizin vəzifəniz budur ki, insanların arasında həsədi və insanların haqqına təcavüz etməyi yayasınız ki, bu ikisi şirkə bərabərdir”.
Əmirəl-möminin (ə) buyurur: “Bədənin sağlamlığı, həsədin insan daxilində az olmasındandır”.
Həzrət Əli (ə) başqa yerdə buyurur: “Həsəd – xəstəliklər arasında ən pis xəstəlikdir”.
Həzrət Peyğəmbər (s) öz səhabələrinə buyurur: “Agah olun, yəqin ki, keçmiş ümmətlərin düçar olduğu xəstəlik sizə də üz çevirmişdir. O, həsəddir. Həsəd insan bədəninin tükünü məhv etməz, ancaq dini məhv edər. İnsan həsədin şərindən o zaman amandadır ki, dilini və əlini qorusun və din qardaşına tənə vurmasın, onun sözünü gəzdirməsin”.
İmam Sadiq (ə) buyurur: “Simic üçün rahatlıq və həsəd aparan üçün ləzzət və xoşluq yoxdur”.
Həzrət Sadiq (ə) başqa yerdə buyurur: “Həsəd aparan davamlı olaraq xəstədir, bədən baxımından sağlam olsa da”.
İmam Sadiq (ə) buyurur: “Küfrün kökü üç şeydir: hərislik, təkəbbür və həsəd. O zaman ki, Adəmə (ə) qadağan olunmuş ağacdan yemək qadağan edilir, hərislik onu yeməyə vadar etdi. O zaman ki, iblisə Adəmə (ə) səcdə etmək əmr edildi, təkəbbürünə görə imtina etdi. Ancaq həsəd o şeydir ki, onun sayəsində Adəm (ə) övladlarından biri o birisini qətl etdi”.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031