Həsədin insan orqanizmində buraxdığı inanılmaz mənfi təsirlər - Tibb və hədislərdə
Mьəllif: admin1
Tarix: 26-04-2018, 21:15
Həsədin insan orqanizmində buraxdığı inanılmaz mənfi təsirlər - Tibb və hədislərdə
İnsanın zahırı bədəni ilə paralel mənəvi dünyasının da olması inkar olunmaz bir həqiqətdir. Çünki idrakımız, hisslərimiz, müxtəlif ruhi halımız varsa, bu hisslərin bir məkanı, mənbəsi də olmalıdır. İslam ideloji məktəbi bu məkana, insana həyat bəxş edən ruhu deyir.

İnsan müxtəlif, ziddiyyətli ruhi xislətlərlə zəngin bir varlıqdır. Bu da daima insanı mübarizədə olmağa vadar edir. Yəni insanın özü ilə mübarizəsi!

Bu kimi mənfi xislətlərdən biri də “Həsəd”dir. Həsəd bir növ paxıllığ kimi də məna edilir. Həm hikmət əhli olan böyük şəxsiyyətlər, həm də tibb elmi həsədi insan orqanizmi üçün ciddi təhlükə bilmişlər. Çünki həsəd hissindən qaynaqlanan ruhi sarsıntılar insanın əsəb və sinirlərini korlayır.

Hətta təbiblərin qeyd etdiyinə görə insan əsəb keçirən zaman daxili orqanlarına vurulan zərbələri başqa heç bir xəstəlik vura bilməz. Əsəb insan oqanizmində dağıdıcı təsirə malikdir (təbii ki tədricən).

Əsəbləşməyin ən başlıca amili bir şeyi itirmək, əldən vermək və ya bir şeyi ələ gətirməkdəki uğursuzluqdur.

İmam Əli (ə) həsədin insan orqanizminə vurduğu ağır zərbələrə işarə edərək, insanın sağlamlığında və xəstəliyində bu xisləti başlıca amil hesab edir.

Həzrət (ə) buyurur: “Həsəd bədəndə böyük sarsıntıya (geriləməyə) səbəb olur.”

“Həsəd bədəni əridir.”

“Həsəd üzüntüyə səbəb olur.”

“Həsəd xəstəliklərin əvvəlidir.”

“Ucub (özünü bəyənmə) həsəd edən sahibini cismindən qəflətə salar.”

“Həsəd daim xəstə olmaqdır, bədən sağlam olsa belə.”

“Bədənin sağlamlığı həsədin azlığındadır.”

Təbbi ki, qibtəni həsəddən fərləndirmişlər. Beləki qibtə, başqasının əlinə olana zərər gəlməsini istəmədən özü üçün də istəməkdir. Həsəd isə özü üçün istəməklə yanaşı başqasının əlinə olanın aradan getməsini istəməkdir.
(İslaminSesi)

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930