Behiştə getmək çox mühüm deyildir, behişti görmək mühümdür
Mьəllif: admin1
Tarix: 28-08-2018, 08:36
Behiştə getmək çox mühüm deyildir, behişti görmək mühümdür
Ayətullahul-üzma Cavadi Amuli əxlaq dərslərinin birində buyurmuşdur: “Behiştə çatmaq üçün iki yolumuz vardır. Bir yolu dərs və bəhs yolu ilədir ki, hövzə və institutlar bu məsuliyyəti daşıyırlar. Biri isə nəfsi islah etmək yoludur ki, oraya gecə namazı, məscid və hüseyniyyə daxil olur.

Əmirəl-möminin (ə) buyurur: “Behiştə getmək çox mühüm deyildir, behişti görmək mühümdür! Sizin səyiniz ancaq onun üçün olmasın ki, behiştə düşəsiniz. Çalışın behişti görün”.

İmam (ə) tövsiyə etdiyi bu yolda isə hər iki şey olmalıdır: həm elm və həm də nəfsin islahı.

Biz niyə dərsdən başqa bir yolların da olmasını düşünməyək ki? Çünki behiştə getmək üçün məscid də vardır, hüseyniyyə də vardır. Niyə hövzəni məscid kimi idarə etməyək ki? Niyə bu yolla yaşamayaq ki?

O zaman ki, insan bir kitabı oxuyar, oradakı səhnələri görər, filmləri görər, kiminsə sözünə qulaq asar. Əgər həmin kitab Allah və Peyğəmbər (s) haqqındadırsa, o zaman insan Allaha ibadət edər və Peyğəmbərə (s) itaət edər. Əgər başqa şeylərə aiddirsə, o zaman həmin kitabda adı çəkilən hava və suya və s. ibadət edər.

O zaman ki, Əbuzəri Rəbəzəyə sürgün edirlər, Əmirəl-möminin (ə) buyurur: “Əbazər, Rəbəzə elə yerdir ki, nə suyu vardır və nə də yaşamaq üçün havası. Ancaq bil ki, əgər yerin bütün səthi mis kimi olsa ki, yerdə heç bir şey bitməz, səmadan bir damcı belə yağış yağmaz – Allah yenə də bəndəsini idarə edə bilər.

Əbuzər deyir: “Mən bilirəm və əminəm”.

Ona görə də əzizlərim! Biz hər nə də qədər alim olarıqsa, yəni elmimiz hər nə qədər artarsa – ixlasımız çoxalar, sözlərimizin təsiri çox olar. Cəmiyyət bizim sözlərimiz ilə əməllərimizin arasındakı fərqi yaxşı bilir. Onlar heç bir zaman dinə qarşı bədgüman olmurlar. Çünki kimin pis əməl olduğunu yaxşı bilir və deyirlər ki, bunlar əməlsiz alimlərdirlər.

Ona görə də biz gərək çalışaq ki, məscidləri alimcəsinə sözlər və Quranla idarə edək. Bu zaman sözlərimizin təsiri çox olacaq və həm insanın özünə təsir qoyacaqdır, həm də cəmiyyətə”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031