Allahı xatırladan ən yaxşı vasitə
Mьəllif: admin1
Tarix: 13-08-2018, 22:08
Allahı xatırladan ən yaxşı vasitə
... وَأَقِمِ الصَّلَاةَ لِذِكْرِي


"Məni xatırlamaq üçün namaz qıl!" (Taha, 14).

İzah: Namazın bir çox hikmətləri və faydaları vardır. Allahı yad etmək, günah və pis işlərdən çəkinmək, ruhun paklanması, iradənin güclənməsi, təkəbbür və qürurun aradan qalxması və s. bu faydalardandır.

Bütün bunlarla yanaşı namazın ən mühüm hikməti davamlı olaraq Allahı yad etməkdir. Allahı yad etmək ürəklərin təskinlik, bəndələrin (qəflətdən) oyanma səbəbi olduğu üçün namaz da təskinlik və qəflət yuxusundan oyanma vasitəsidir.

Əgər namazı Allahı yad etməyin bariz nümunəsi hesab etsək, – bu həqiqətən də belədir – onu tərk etmək Allahı xatırlamağı tərk etmək deməkdir və məişətdə sıxıntı, dünya və axirətdə bəsirətsizlik kimi nəticələr törədir.

Hədis: İmam Sadiq (ə) – namazın hikməti haqqında suala cavab verərkən –: “Əgər yalnız dinin gəlişi və kitabın (Quranın) xalq arasında mövcudluğu ilə kifayətlənilsəydi, Peyğəmbərin (s) xatirəsini onların arasında yaşadan bir amil olmasaydı, keçmiş dinlərin taleyinə məhkum olardılar.” (İləluş-şərai, səh. 317, hədis: 1).
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031