Keçmiş ümmətlərə əzabın nazil olmasının əsil səbəbi nə olmuşdur?
Mьəllif: admin1
Tarix: 25-07-2022, 09:23
Keçmiş ümmətlərə əzabın nazil olmasının əsil səbəbi nə olmuşdur?
Əgər keçmiş ümmətlər olan: Saleh, Lut, Nuh, Səmud, Ad qövmünü tədqiq etsək, görərik ki, bu ümmətlərin məhv olmasının başlıca səbəbi zülm olmuşdur. Həzrət Lutun (ə) qövmü özlərinə zülm etmişdilər və etdikləri günaha görə həlak olmuşdular.

Həzrət Şuəybin (ə) qövmü isə çəkidə insanları aldatdıqları üçün özlərinə zülm etdilər və həlak oldular.

Həzrət Nuhun (ə) qövmü, eləcə də Həzrət Musanın (ə) zamanında Firon – imana zülm etdilər və bütpərəstlikdə qərq oldular. O cümlədən, özünü bütləşdirməklə.

“Doğrudan da Biz sizdən öncə müxtəlif əsrlərdə bir-birinin ardınca gələn millətləri zülm edərkən və peyğəmbərlərinin onlara aydın dəlillər gətirmələrinə baxmayaraq, iman gətirmək niyyətində olmadıqları zaman həlak etdik. Biz günahkarlar dəstəsini belə cəzalandırırıq”. (“Yunus” 13).

“Beləliklə bu, onların viran və (sakinlərsiz) bom-boş qalmış evləridir! Həqiqətən, bunda (bu hadisədə) bilən bir qövm üçün ibrət nişanəsi vardır”. (“Nəml” 52).

“Sənin Rəbbin mərkəzlərinə Bizim (tövhidimizin və xilqətin məqsədlərinə dair) ayə və nişanələrimizi oxuyan bir peyğəmbər göndərmədən əsla şəhərləri və kəndləri məhv etməmişdir. Biz (peyğəmbərləri göndərdikdən sonra da) yalnız əhalisi zülmkar olan şəhərləri və kəndləri yox etmişik”. (“Qəsəs” 59).

Əgər Qiyamət günü insanların xoşbəxt və bədbəxt olmaqlarının səbəblərinə nəzər salsaq, görərik ki, bədbəxtlik – zülmün nəticəsidir, səadət isə ədalət və imanın. Hər kim cəhənnəmdə əzab görər – dünyada etdiyi zülmlərin nəticəsinə görədir.

Bu dediklərimizi Quran-Kərimdə təsdiq edlir. Buyurulur: “(Allah) istədiyi (və layiq gördüyü) şəxsi Öz mərhəmətinə daxil edər və zalımlara ağrılı bir əzab hazırlamışdır”. (“İnsan” 31).

“Sizdən (insanlardan) Cəhənnəmə girmək astanasında olmayan və ya ona daxil olmayan bir kəs yoxdur. Bu iş sənin Rəbbinin öhdəsində qəti və (Onun əzəli istəyinə əsasən) labüddür. Sonra (etiqad və əməllərində) təqvalı olmuş kəsləri (ora düşməkdən və ya daxil olduqdan sonra) qurtaracaq, zalımları isə (əzabın çoxluğundan) diz üstə düşdükləri halda orada boşlayacağıq”. (“Məryəm (s.ə)” 71-72).



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930