Cəmiyyətin ehtiyac duyduğu ən mühüm məsələ - Təbliğat!
Mьəllif: admin1
Tarix: 29-06-2018, 23:16
Cəmiyyətin ehtiyac duyduğu ən mühüm məsələ - Təbliğat!
Müsəlman cəmiyyətin əməl etmədiyi və beləliklə öz əleyhinə yönəlmiş güclü bir silah – təbliğat.

Bu gün əkəsriyyətimizin özümüzə vəzifə bilmədiyi, müsəlmanlar arasında məzluma çevrilən (məzlum olan) ilahi bir hökm – təbliğat.

İslam düşmənlərinin müsəlmanların əleyhinə gecə gündüz istifadə etdikləri və təəssüflə qeyd edək ki, bir çox mənada nail olduqları, bir məsələ – təbliğat.

Çoxlarımızın mənasını belə bilmədiyimiz bir söz – təbliğat

Nədir “Təbliğ” ? Təbliğat dedikdə görəsən neçə nəfər bu suala düzgün cavab verəcək? İndi fikirləşirsiniz ki, “təbliğ” sözünün mənası nəyisə, kimlərəsə “çatdırmaq”dır ? Hələ də belə düşünürük? Çox təəssüf...

Elə bu səhv düşüncəmizin nəticəsidir ki, hər sözü, harda, necə gəldi düşünmədən, olduğumuz şəraiti və məkanı nəzərə almadan, qarşımızdakı şəxsin kimliyinə baxmadan və “təbliğ” sahəsində Quranın və İslamın buyuruqlarına məhəl qoymadan, öz istəklərimiz əsasında “təbliğ” edirik və bu da nəticəsiz qalır.

İlahi hədəflərə müvafiq olmayan hər iş kimi bu da müvəffəqiyyət ələyindən keçə bilmir. Zahirdə özümüzü təbliğatçı kimi görsək də, ilahi baxışda bizim etdiklərimiz ilahi “təbliğat”dan çox-çox uzaq olur.

Yaxşı nədir TƏBLİĞAT?

Təbliğ sözünün əsl mənası: Təbliğ hər hansı bir xəbəri münasib və təsirli vasitədən istifadə etməklə çatdırmağa deyilir.

Deməli, təbliğdə təkcə çatdırmaq yox, münasib və təsirli vasitə də mühum rol oynamaqdır.

Təbliğat dini vəzifə olmaqla yanaşı həm də fitri bir məsələdir. Allah bunu bütün canlılların fitrətində qoymuşdur. Süleyman ordusunun gəlişini, qarışqalardan birinin digərinə xəbər verməsi (Nəml 18), şanapipiyin Səba xalqının günəşə sitayiş etmələrini Hz Süleymana xəbər verməsi kimi. (Nəml 24)

Bu ilahi vəzifənin tarixçəsi insanların yaranması ilə başlayaraq qiyamətə qədər davam edəcək. (Fatir 24)

Ona görə də asanlıqla deyə bilərik ki, yer üzündə yaşayan ilk şəxs, eyni zamanda ilk mübəlliğdir.

Təbliğ silahı zalımların əlində olduqda, ondan ancaq öz nəfsi istəklərinə görə istifadə edirlər. Amma ilahi peyğəmbərlər və ilahi insanlar isə bu vasitədən ilahi hədəflərin yer üzündə bərqərar olması üçün istifadə edirlər. (Nəhl 36, Ənfal 24)

Müasir zamanda biz müxtəlif təbliğ vasitələrindən istifadə edə bilərik. Bu hər kəs üçün özünə görə dəyişə bilən bir məsələdir. Dünya məhşurlarının təbliğ barədə dediklərini nəzərdən keçirtdikdə bir neçə cümlə diqqətimi çəkdi.

Napaleon deyir: “Qəzetləri yazan qələmin səsi, məni güllələrin səsindən daha çox qorxudur.”

Amerikanın keçmiş ölkə başçısı Karter deyir: “ Təbliğ üçün xərclənən bir dollar, silaha xərclənən on dollardan daha yaxşıdır.”

Hitlerin təbliğat üzrə naziri deyir: “Qaz vasitəsi ilə yüzlərlə insan zəhərlənir, lakin yalan və şayiə ilə yüz milyon insanı da zəhərləmək olar.

Bu təbliğ vasitələri siz oxuculara heç də yad deyildir. Müxtəlif virusları yaradan, daha sonra onlara qarşı vaksinləri hazırlayanlar da eyni mənbədir. Bu virus, həm də məlumat sahəsində olur ki, bunun heç vaksinləri də satılmır. KİV-ri bu virusa elə aludə olub ki, gəl görəsən... Bunun vaksini sadəcə düşünmək və ağıldan düzgün istifadə etməkdir.

Biz niyə bu hala düşdük? Niyə fitrətimizdə yatan təbliğat silahımız pas atıb? Niyə oyanmırıq? Və ya niyə oyanmaq istəmirik?

Yəhudilərlə bağlı bir sənədli filmi izləyirdim. Yəhudilərin təbliğ üsullarından danışırdı. O zaman özümə maraqlı gələn iki hissəni qeyd etmişdim. Onları sizinlə də bölüşüm. Stat: “... Biz yəhudilər təbliği özümüzə vəzifə bilirik. Əgər bir yerdə toplu halda yaşasaq içimizdən bir neçə nəfər təbliği özünə vəzifə bilir. Yəni etdiyimiz səhvləri bizə xatırladır və bizə alternativ yollar göstərir...

Şərhçi: “Yəhudilərin digər təbliğ üsulu isə ikili təbliğ üsuludur. Beləki içlərindən biri bir sahədə müvəffəqdirsə, onda bir nəfəri də özünə həmkar seçərək birgə fəaliyyət göstərirlər. O araşdırır, digəri isə onu işlərini cəmiyyətdə təbliğ edir.”

Bu metodlar sizə tanış gəldimi? Yəhudinin dediyi “təbliği özümüzə vəzifə bilirik” sözü əslində Allahın bizə əmr etdiyi işdir ki, ondan uzaq düşmüşük.

Buda ayəsi: (Ey müsəlmanlar!) İçərinizdə (insanları) yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun! Bunlar (bu camaat), həqiqətən nicat tapmış şəxslərdir. (Ali-İmran 104)

Videonu şərh edənin də qeyd etdiyi metod, yenə də Quranın təbliğat üsuludur. Hz Musa və Hz Harunun birgə fəaliyyətini əks etdirən nümunəvi bir metod. Beləki Hz Musa və Harun təbliğ işlərini aralarında bölürlər. İslami hədislər də bizi bu cür təbliğə səsləyir: “Allah rəhm etsin o bəndəyə ki, başqası ilə birləşib, bizim yolumuzu təbliğ edir.”

Tarix boyu müsəlmanların əzilməsinin və onlara qarşı çox asanlıqla əks təbliğatın aparılmasının başlıca səbəblərindən biri də, bu cür təbliğat təşkilatlarının və birliklərinin olmamasına görədir.

Təbliğatda müvəffəq olmamağımızın bir səbəbi də, ətrafımızda baş verən hadisələrdən xəbərsiz olmağımız və ya baş verənləri düzgün dəyərləndirə bilməməyimizdir.

Allah Rəsulunun (s) həyatında baş verən bir hadisə çox ibrətamizdir.

İslam peyğəmbəri (s) Mədinəyə hicrət edərkən Hz Əlini (ə) öz yatağında yatırtmaq sürəti ilə onu Məkkədə qoyaraq, Mədinəyə tərəf hicrət edir. Sizcə Hz Əli (ə) niyə bütün təhlükələr rəğmən o yatağa yatdı?

Buna ilk verəcəyimiz cavab, dini kitablardan oxuduğumuz, çox qısa şəkildə ifadə etsək, “peyğəmbərin rahat Məkkəyə hicrət etməsi üçün” cavabı zehnimizə gəlir. Bu cavab öz-özlüyündə düzdür.

Amma sizcə səbəb təkcə elə bu idi? Əsla! Bu təbliğatın üsullarından biridir. Allah Rəsulunun (s) bu addımını sadəcə yuxarıdakı cavabla məhdudlaşdırmaq o həzrətə zülm olardı. İslam peyğəmbəri (s) Hz Əlinin Məkkədə qoyma səbəbləri çoxdur.

Mövzumuzla əlaqəsi olan bu hissədir ki, Peyğəmbər (s) özündən sonra Məkkə hadisələrindən xəbərsiz olmaması üçün bu addımı atdı və bu ilahi hədəflərə və həm də özündən öncəki peyğəmbərlərin hədəflərinə tam şəkildə uyğun idi. Bunu Quran bizə deyir.

(Yəhudinin bu sözündən sonra dünən öldürülən qibtinin qatilinin Musa olduğu bütün Misir xalqına bəlli oldu. Bu xəbər Firona çatdıqda o, Musadan qisas almaq istədi). Şəhərin kənarından (Fironun şəhərin ucqarında yerləşən sarayından) bir nəfər çaparaq gəlib dedi: “Ya Musa! Əyan-əşraf səni öldürmək barəsində məsləhət-məşvərət edirlər. Elə bu saat (şəhərdən) çıx get. Mən, həqiqətən, sənin xeyirxahlarındanam!” (Qəsəs 20)

Bu ayədən də məlum olur ki, Hz Musanın şəhərdə gizli məmurları var idi ki, baş verənlərdən onu xəbərdar etsin. Deməli bir müsəlman üçün sağlam informasiya da təbliğatı və atacağı addım üçün şərtdir.

Allah Rəsulu hicrətdən öncə Məsəbi Mədinəyə göndərməklə, hicrətdən sonra Abbası Məkkədə qoymaqla informasiya mübadiləsini qorudu.

Eyni işi Hz Hüseyn (ə) də gördü. Beləki Kərbəladan öncə Məhəmməd Hənəfiyyəni Mədinədə saxladı ki Mədinənin xəbərlərindən onu xəbərdar etsin və Müslim ibn Əqili Kufəyə göndərdi ki,oranın vəziyyətini öyrənib xəbər versin.

İslam düşmənlərinin bugünkü güclü hiylələri, siyasətləri müqabilində təbliğat, təkcə bir-iki nəfərin işi deyil. Gərək savadlı, elmdə müvəffəq olan şəxslər – gənclər, Allahın ayələrinin digərlərinə çatdırmaqda maraqlı olalar.

İslam bayrağı altında, heç bir məzhəb fərqi qoymadan hamıya qucaq aça və ilahi vəhdətin carçısına çevrilə. Gərək elə olmaya ki, bir nəfərin aradan getməsi ilə bütün vəhdət pozula.

Camaat namazında olduğu kimi. Əgər imamın başına bir hadisə gələrsə və ya namazdan çıxmağa məcbur olarsa onda digəri onu əvəz edir. Bəs bizdə necə o digərlər varmı?

Allah Rəsulu nə üçün, Mütə döyüşündə bir neçə sərkərdə təyin etdi? Allah Rəsulunun (s) bu addımı təsadüfi idi? Əlbəttə xeyr.O həzrət (s) bununla bizə dərs keçdi.

“Bir cəmiyyətdə, bir təşkilat, bir qurum, bir müəssə təsis etsəz, mütləq orda o rəhbəri əvəz edən biri olsun.” mesajını verdi. Amma təəssüf ki, o mesajı oxuya bilməmişik...

Tarixi hadisədən ibrət almayan bizlər, Quranın ayəsini də görmürükmü?

Uhud döyüşündə peyğəmbərin ölüm şayiəsi yayıldı. Bir dəstə müsəlman döyüşü tərk etdi və meydandan qaçdılar. Nazil olan bu ayə, o qaçanların timsalında Qiyamətə qədər bütün insanlığa bir mesaj verdi. “Əgər o, ölsə və ya öldürülsə, siz gerimi dönəcəksiniz.(dininizdən dönər və ya döyüşdən qaçacaqsınız?” (Ali-İmran 144)

Ayədən əldə olunan nəticə budur ki, gərək müsəlmanların birlik və təbliğatı elə güclü ola ki, hətta peyğəmbərin (s) də dünyadan getməsi bu birliyi və təbliğatı sarsıtmaya.

Əgər bugün təbliğat silahını bir kənara qoyub, “MƏNƏ NƏ” desək, onda ilahi əzabı gözləyək.

(Daha ətraflı Şəms sürəsi, ayə 14, Əraf, 77, Hud 65, Şuəra 157. Qəmər 29- ayələrini təfsirinə müraciət edin.)

Yaxşı işlər görən, “mən Allaha təslim olanlardanam” deyərək insanları Allaha tərəf çağıran kimsədən daha yaxşı danışan kimdir? (Fussilət 33)

Allah Rəsulu (s) bir gün əshabına buyurur: “Sizə bir dəstə insanlardan xəbər verimmi ki, onlar nə peyğəmbərdirlər və nə də şəhid. Amma Qiyamət günü peyğəmbər və şəhidlər onların Allah qatındakı məqamlarına qibtə edəcəklər.Nurdan minbərlər üzərinə oturmuşlar və hamı onları tanıyar.”

Əshab: Onlar kimlərdir ey Allahın Rəsulu! (s)

Allah Rəsulu (s): “Onlar Allah qullarını Allaha sevdirən, və qulları da Allaha sevdirən kimsələrdir.Yer üzündə Allahın dinini yayan, insanlara nəsihət verən və dini təbliğ edənlər kimsələrdir.”

Dedilər: “Ey Allahın Rəsulu! (s) Allahı bəndələrinə sevdirməyi başa düşdük. Bəs Allahın bəndələrini, Allaha sevdirmək necə olur?”

Buyurdu: “İnsanlara Allahın sevdiyi şeyləri əmr edənlər,sevmədiyi şeylərdən də çəkindirərlər. İnsanlar da bunlara əməl edincə Allah da onları sevər.”

Bəli, insanları yaxşı işlərə dəvət edib, pis işlərdən çəkindirmək. Zahirdə əhəmiyyət vermədiyimiz, amma atom bombasından daha da güclü bir silahdır təbliğat.

Bu cür güclü silaha malik olduğumuz halda, Allah və Rəsulu (s) da bu silahın bütün texniki taktiki xüsusiyyətləri (TTX) ni bizə hədislərdə dəfələrlə dediyi halda, hətta bu silahdan istifadə qaydasını da bizə praktik olaraq göstərdiyi halda biz hələ də, acizcəsinə oturub əlimizi qoynumuza qoymuşuqsa, düşmənlərin çirkli təbliğat oyunlarından gileyləniriksə, və bu oyunlarda məğlubiyyət sorağımıza gəlirsə, onda kül bizim başımıza...

Nə üçün keçmişdəki müsəlman qardaşlarımızın təbliğat üsullarından istifadə etmirik? Nə üçün başımıza gələn müsibətlərdən ibrət dərsi almırıq?

Ən azından müqəddəs kitabımıza nəzər salsaq, təbliğ barəsində kifayət qədər ayələrə rast gələcəyik. Bəlkə də o ayələri və zikr edəcəyim hadisələri əzbər bilirik. Amma o ayələr həyatımızı, yaşayışımız dəyişmirsə nə fayda?! Bütün Quranı da əzbər bilsək, heçnə dəyişməz. Odur ki Quran bilənə deyil, bildiyinə əməl edənə alim deyir.

Kiçik yaşlarımda aldığım bir dəftərin üzərində Quranın bu məntiqinə söykənən bir cümlə yazılmışdı; “Alim bilən deyil, bildiyini vicdanında dayandırnadır.”

Deməli bildiklərimizi yaşayışımıza daşımaq kimi bir məsuliyyətimiz var.


Mahir Şəkərov (ilahiyyatçı)


(İslaminSesi)
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031