Vəhhabilərin beynəlxalq təbliğ metodları (1)
Mьəllif: admin1
Tarix: 21-12-2015, 10:49
Vəhhabilərin beynəlxalq təbliğ metodları (1)
Əziz oxucular Vəhhabi dedikdə həmişə narahatçılıq hissi duyulur. Yaşadığmız dövrü nəzərə alsaq fikrimizə Əfqanistan, Pakistan, İraq, Suriya və digər ölkələr gəlir və eyni zamanda onların bu ölkələrdə etdikləri vəhşiliklər! Bu üzdəndə, bu məxluqlar, iyirminci əsrin axırlarında, Vəhhabi adı ilə səslənməkləri özlərinədə xoş gəlmədi. Başladılar ki, yox,biz Vəhhabi deyilik! Bizlər soruşanda ki, bəs siz kimsiniz? Bu zaman dedilər: Sələfi-müslman yəni İslam Peyğəmbərinin əsl davamçıları! Bu zaman insanın zehninə gələn birinci sual, əgər həqiqətən vəhhabilər müsəlmandırlarsa bəs niyə yalnız və yalnız müsəlmanları öldürürlər? Bu suala cavab tapmaq üçün islam dünyasına nəzər salmaq lazımdı. Son bir neçə əsrdə, İslam dünyası üç böyük qondarma firqə cərəyanları ilə üzləşdi. İranda bəhayilik, Pakistanda qadiniyyə və ya əhmədiyyə, Ərəbistanda isə vəhhabilik firqəsinin yaradılmasıdır. Hər üç firqələr ayrı-ayrılıqda İslam dininə böyük və sarsıdıcı zərbə vurdular. İranda bəhayilik firqəsi, Əmir-kəbir kimi böyük şəxsiyyətlərin vasitəsi ilə, Pakistanda isə Seyyid Əbul - əla Mududi vasitəsi ilə əhmədiyyə firqəsinin qarşısı alındı. Bu firqələrin demək olar ki, adları fəqət tarixi-firqələr kitaplarında qaldı. Amma Ərəbistanda vəhhabiliyin qarşısını alan şəxlər olmadığı üçün, əsas problemlərdə elə bu zamanlarda başlandı.(Məhdi Musavizadə, sələfigəri və vəhhabiyyət, c;1, səh; 17) Bunun səbəbi isə İngilislərin uzun müddətli planları idi ki, nəyin bahasına olursa olsun, İslam aləmini bir-birinə vursunlar. Nəticədə isə göründüyü kimi buna nail oldular. Hətta bununla kifayətlənməyib, bu batil firqəni yaşatmaq üçün bir neçə təbliğat metodlarına əl atmaqdan belə çəkinmədilər. Bu məqalədə başlıca məqsəd, o metodlardan bir neçəsinə işarə etməkdir.

Birinci metod: Kəbə və Peyğəmərin (s) məscidinə yiyələnmək və bu müqəddəs məkanlardan təbliğat vasitəsi kimi istifadə etmək.
İslan dinin Ərəbistanda zühur etməsi, Kəbə evinin Məkkədə yerləşməsi, Məhəmməd (s) peyğəbərin qəbrinin Mədinə şhərində olması vəhhabilərə öz batil inanclarını təbliğ etməyə bir daha böyük fürsət vermiş oldu. Onlar, bu fürsətdən idtifadə edərək özlərini “Xadimul – hərəmeyn” yəni iki hərəmin (Kəbə və peyğəmbərin məscidi) xadimi adlandırdılar. Demək olar, əksər müsəlmanlarda bu ləqəbə aldanaraq onları haq yolda olduqlarnı düşündülər. Ərəbistan rəhbərləri isə bu fürsətdən istifadə ederək ayrıca “Həcc nazirliyi” yaradaraq, hər bir dini kitab, jurnal və... təbliğat üçün lazım olan bütün ləvazimatların vəhhabilik firqəsinə əsasən yazılmasına nəzarət etməyə başladılar. Bütün din alimlərini vəhhabilik firqəsinə əsasən fətva və suallara cavab verməyə məcbur etdilər və etməkdə də davam edirlər. (Cəfəri, Fərhənge puya jurnalı, nöm; 7, 1386 hic-ş)

İkinci metod: Həcc mövsümündən istifadə edilməsi.
Vəhhabilərin təbliğ metodlarından biri də, Həcc ziyarəti mövsümündən lazımınca bəhrələnməkdə olmalarıdır. Bildiyiniz kimi, hər il Həcc mövsümü zamanı dünyanın hәr bir tərəfindən milyonlarla müsəlman hacı olmaq eşqi ilə bir yerə toplaşırlar. Vəhhabilər yaranmış vəziyyətdən öz batil əqidələrinin yayılması üçün sui-istifadə edir və bunu ən əlverişli fürsət sаnırlаr. Öz təbliğatçılarını müxtəlif dilli hacılar arasında bölüşdürür, elmi mühazirələr, kitab hədiyyə etmək və elm xadimlərini elmi mәrkәzlәrә dəvət etməklə öz məzhəblərinə tərəf çәkirlər. Hətta son zamanlar qеyri-әrәb hacılar arasında müхtәlif dillәrdә yüksək tirajda nəşr edilmiş anti-şiə xarakterli kitabların pulsuz paylanması müşahidə edilməkdədir. Çox gizli şəkildə təxribat xarakterli yazılmış bu kitablar öz inanclarını isbat, şiə və digər İslam məzhəblərinin əqidələrini bаtil göstәrmәyә xidmət edir. (Əli – Əsğər Rizvani, Sələfigəri, səh; 197) Mən 2010-cu ildə həcc ziyarətində olarkən, ən çox paylanılan kitablar arasında fars dilində şiəliyin əleyhinə yazılan mənbəsiz kitabları gördüm. Bu kitabları Şiə olduqları üçün İran İslam Resbublikasıdan gələn hacılar üçün paylayırdılar ki, azda olsa onların zehinlərində şiyə əqidəsinə qarşı şübhələr doğursun. Bir sıra mənbələrə əsasən, bu Həcc mərasimində dünyanın 20 canlı dilində iyirmi milyondan artiq kitab paylanılır. Buda, o demekdir ki, bir Hacı başına təqribən yeddi nüsxə kitab düşməkdədir. Əslinə baxsaq vəhhabilər, Həcc mövsümündən istifadə edərək, Ərəbistan hökümətinin çirkin siyasətini həyata keçirərək hacıların zehinlərində saxta inancların formalaşdırmağa çalışırlar.

Üçüncü metod: Bidətlə mübarizə və İslam dinini nicat şüarı.
Vəhhabilərin iddialarından biridə bidətlə mübarizə edərək İslam dinini nicat verməkdir. Bunun əsas və başlıca səbəbi isə yalniz özlərini haqq və başqa məzhəbləri batil bilməkdir. Necə ki, vəhhabilər özlərinin “Əhli-sələf” yəni səhabələrin davamçıları, başqalarını isə “Əhli xələf” yəni bidət qoyanlar və xilaf əhli adlandırırlar. (Dr. Məhəmməd Əsədi, Asibşinasiye cərəyanhaye təfsiri, c; 1, səh; 199). Onların fikirlərinə əsasən, gərək müsəlmanlar mübarizə apararaq, bidəti təmizləsinlər. Amma bunu düşünə bilmədilərki, bunların bu addımları İslam düşmənlərinin, İsalm dinin məhv etmək üçün tökdükləri proqramlardır. Axı bidətlə mübarizə etmək yollarından biri , məntiqi və əqli dəlilə və ya hansısa sünnətlə bidətin isbat edilməsi olmalıdır. Vəhhabilər isə bir tərəfdən məntiqi və əqli dəliləri qəbul etməyərək, digər tərəfdən isə hədisləri ixtisar etməklə İslamın elmi irsini məhv etməya çalışırlar. Əgər onların, həqiqətəndə fikirlərində bidətlə mübarizə varsa, gərək özlərinin batil əqidələri ilə mübarizə etsinlər. Çünki İslamda olamayan batil və açıq-aşkar bidətləri onlar daxil etməkdədirlər.
Əziz oxucular! Sizləri Vəhhabilərin beynəlxalq təbliğ metodları üzərində düşünməyə çağırıram. Onların təbliğ metodları çoxdur amma hələlik mən burda sizin üçün üç metodu qeyd etdim. Ardını isə gələn yazılarımda oxuya bilərsiniz.

Fariz Rəcəbov
Islammektebi.org
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930