Məscidin müxtəlif yerlərində namaz qılmaq tövsiyəsi
Mьəllif: admin1
Tarix: 28-06-2018, 21:48
Məscidin müxtəlif yerlərində namaz qılmaq tövsiyəsi
Məscid – insan tərbiyə edən, ictimai problemlərin həll olmasına yardım edən bir mərkəzdir ki, İslam dinimiz onun əhəmiyyəti haqqında çox məlumat vermişdir.

Misal üçün Məscidun-Nəbi inşa edildikdən sonra müsəlmanlar üçün mənəvi məkan olduğu kimi, həm dini təlim verən və həm də iqtisadi problemlərin həllinə yardım edən mərkəzə çevrildi. Düşmənlərə qarşı tədarük görmək də məhz bu məkandan başlamışdır.

Ona görə də Məsumlarımız (ə) bizə məsciddə namaz qılmağı və orada vaxt keçirtməyi tövsiyə edir və onun faydalarını bəyan edirlər.

İmam Kazım (ə) buyurur: “Məscidə gəlin. Çünki onlar yer üzərində olan Allahın evidirlər. Hər kim ora təharətlə daxil olar, Allah (onu) günahlarından pak edər. Onu öz zəvvarı yazar. Ona görə də orada çoxlu namaz qılın və dua edin. Məscidin müxtəlif tərəflərində namaz qılın ki, hər yer qiyamət günü namazqılan üçün şəhadət verəcəkdir”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031