Məscid haqqında bunları bilək
Mьəllif: admin1
Tarix: 22-03-2022, 11:33
Məscid haqqında bunları bilək
Məscidə gedərkən ətirlənmək və ən yaxşı paltarı geyinmək

Məsciddə haram olan işlər:

Məscidi qızılla zinətləndirmək.

Əgər məscid xarab olsa da belə onu satmaq.

Məscidi murdarlamaq. Əgər murdar olarsa dərhal paklanılmalıdır.

Məsciddən torpaq və ya qum aparmaq. Artıq torpağı çıxmaq şərti ilə.

Məscidlə bağlı müstəhəb olan işlər:

Hamıdan tez məscidə getmək və hər kəsdən sonra məsciddən çıxmaq.

Məscidin işığını yandırmaq.

Məscidi təmizləmək.

Məscidə daxil olanda əvvəl sağ ayaqla daxil olmaq.

Məscidə çıxanda əvvəl sol ayaqla çölə çıxmaq.

Məsciddə məscidə hörmət (təhiyyət) niyyəti ilə iki rəkət namaz qılmaq.

Məscidə gedərkən ətirlənmək və ən yaxşı paltarı geyinmək.

Məsciddə bu işlər məkruhdur:

Minarələri məscidin banından artıq qaldırmaq.

Məsciddə namaz qılmadan keçid məhəlli ünvanında ötüb keçmək.

Ağız və burunun suyunu məscidin (həyətinə) atmaq.

Məsciddə yatmaq (çarəsizlik halı istisnadır).

Məsciddə səsi ucaltmaq (azan üçün səsi ucaltmağın eybi yoxdur).

Məsciddə alış-verişlə məşğul olmaq.

Dünya işləri barəsində söhbət etmək.

Soğan və ya sarmısaq yedikdən sonra ağzının iyi ilə insanları əziyyət edənin məscidə getməsi.


Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031