Sözün deyilmə qaydası: eyni söz insanı həm həlak edə, həm mükafatlandıra bilər
Mьəllif: admin1
Tarix: 25-04-2018, 21:38
Sözün deyilmə qaydası: eyni söz insanı həm həlak edə, həm mükafatlandıra bilər
Padşahlardan biri yatır və yuxuda görür ki, dişlərinin hamısı tökülmüşdür. Yuxudan ayılır və çox narahat olur. Ona görə də əmr edir ki, yuxusunu yozmaq üçün yanına alimləri çağırsınlar.

Alimlərdən biri deyir: “Bu yuxunun yozumuna görə bütün övladların və ailə üzvlərin səndən əvvəl öləcəklər. Sən isə onlara qoşulan son insan olacaqsan”.

Padşah bu yozumdan çox narahat oldu və əmr etdi ki, həmin alimin bütün dişlərini çəksinlər.

İkinci alim isə ayıq və bəsirətli insan idi və o, dedi: “Ey padşah! Bu yuxu sizin uzunömürlü olmanıza işarə edir. Yozumu budur ki, padşahın ömrü bütün övladlarından, həyat yoldaşlarından daha uzun olacaqdır”.

Padşahın onun gözəl bəyanından xoşu gəldi. Ona at və xələt bağışladı. Min dirhəm hədiyyə verdi. Sonra üzünü çevirib saray əhlinə dedi:

“Əslində hər iki yozumun mənası eyni idi. Ancaq birincisi çirkin sözləri ilə bizi narahat etdi və özünü həlaka düçar etdi. Ancaq ikincisinin gözəl bəyanı ənam almasına səbəb oldu”.



/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031