Şeytanları qovan «şihab» nədir?
Mьəllif: admin1
Tarix: 25-04-2018, 10:30
Şeytanları qovan «şihab» nədir?
Allah-Taalanın elm və qüdrətinə gözəl nümunələrdən biri, başımız üzərindəki səmada baş var hadisələrdir.

İnsan düşüncəsini heyrətə gətirən bu səhnələrdə düşünənlər üçün böyük ibrətlər vardır. «Hicr» surəsinin 16-cı ayəsində buyurulur: «Biz səmada bürclər yaratdıq, onları baxanlar üçün bəzədik».

Səmadakı bürclər günəş və ayın mənzillərinə bir işarədir. Müxtəlif fəsillərdə yerdən baxarkən günəş və ay müəyyən bir bürcə yaxın görünür.

Bu vaxt məsələn, «günəş filan bürcdədir» deyirik. Allah-Taalanın varlığına şəhadət verən bu nizam-intizam qarşısında kafir qövm yenə də öz küfründən əl götürmür.

Uyğun surənin 14-cü ayəsində oxuyuruq: «Əgər onlara göydən bir qapı açsaq və durmadan yuxarı dırmaşsalar, yenə də inanmazlar».

Hicr surəsinin 18-ci ayəsində isə belə buyurulur: «Lakin şeytanlardan kim xəlvəti qulaq assa, onu odlu bir axan ulduz (şihab) təqib edər».

Təfsirçilər dünyamıza məxsus bəzi məlumatların səmada əks olunduğu və şeytanın bu məlumatları əldə etmək üçün orada vurnuxduğunu bildirirlər. Onların fikirincə, «şihab» onları təqib edib, qovan meteoralardır.
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031