Bərzəx aləmindən xəbər tutan alim
Mьəllif: admin1
Tarix: 24-04-2018, 21:50
Bərzəx aləmindən xəbər tutan alim
Şeyx Abbas Qumi buyurur: “Bir gün Nəcəfül-Əşrəfdə qəbir əhlini ziyarət etmək üçün Vadius-səlama getmişdim. Anidən qulağıma bir dəvənin nalə səsi gəldi. Elə nalə çəkirdi ki, sanki Vadius-səlam onun səsindən titrəyirdi.

Mən sürətlə həmin səs gələn tərəfə qaçdım. Yaxınlaşan zaman gördüm ki, dəvə yoxdur. Əslində cənazə gətirmişdilər ki, nalə həmin cənazədən gəlirdi. O kəs ki, onu dəfn etmək üçün gəlmişdi, bu nalədən xəbərsiz idi. Çox aram və soyuqqanlılıqla öz işi ilə məşğul idi.

Bu cənazə günahkar bir insanın cənazəsi idi ki, ölümün ilk mərhələsində belə bir əzaba düçar olmuşdu. Dəfn olunmazdan əvvəl qəbir əzabından dəhşətə gəlib nalə çəkirdi”.

Allah bizi belə bir aqibətdən hifz etsin!



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930