Möminlər öləndən sonra görüşəcəklərmi?
Mьəllif: admin1
Tarix: 14-12-2017, 10:10
Möminlər öləndən sonra görüşəcəklərmi?
Bir nəfər İmam Sadiqə (ə) deyir: “Mənim qardaşım Bağdaddadır. Nigaranam ki, elə orada da vəfat etsin”.

Həzrət Sadiq (ə) buyurur: “Qorxu yoxdur. Hər yerdə ki, ölsə - dünyanın şərqində və qərbində - elə bir mömin qalmaz ki, Allah onun ruhunu Vadius-səlamda başqa möminlərin ruhları ilə birlikdə qərar verər”.

Həmin şəxs soruşur: “Vadius-səlam haradadır?”.
Həzrət (ə) buyurur: “Kufənin arxasında. Sanki ruhların toplaşmasını görürəm ki, halqa-halqa əyləşiblər və bir-biri ilə söhbət edirlər”.

Əmirəl-mömininə (ə) sual verirlər ki, ölülər bir-biri ilə ünsiyyət qururlarmı? Həzrət (ə) buyurur: “Bəli, əgər gözünün önündəki pərdə götürlsə, onları görərsən ki, halqa-halqa əyləşiblər və öz əmmamələri və ya başqa bir şeylə ayaqlarını bir-birinə bağlayıb, bu cür əyləşib və söhbət edirlər. Dünyada elə bir mömin yoxdur ki, dünyadan getsin, məgər o halda ki, onun ruhuna deyilər Vadius-səlama qoşulsun. Vadius-səlam – Ədn behiştinin türbəsidir”.

İmam Əli (ə) buyurur: “Əgər gözünüzün önündəki pərdə götürülsə, görərsiniz ki, möminlərin ruhları Vadius-səlamda halqa şəkildə əyləşib, bir-biri ilə söhbət edirlər. Ancaq kafirlərin ruhları Bərəhutdadır”.

Bu hədislərdən göründüyü kimi, möminlərin ruhları bərzəx aləmində bir-biri ilə görüşür və söhbət edirlər.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930