Allahın ən yaxşı ruzisi fədakarlar üçündür
Mьəllif: admin1
Tarix: 19-03-2018, 21:54
Allahın ən yaxşı ruzisi fədakarlar üçündür
“Allah Onun yolunda (cihad etmək, elm öyrənmək və ya digər ilahi bir iş üçün) hicrət edib sonra öldürülmüş və ya ölmüş kəslərə mütləq gözəl ruzi verəcəkdir. Həqiqətən Allah ruzi verənlərin ən yaxşısıdır”. (“Həcc” 58).

Nəql edirlər ki, o zaman ki, Məkkə mühacirləri Mədinəyə gəlir, bəziləri təbii ölümlə dünyadan gedirlər. Bəziləri isə şəhid olurlar.

Ona görə də bir çoxları belə düşünür ki, ancaq şəhid olan mühacirlər böyük fəzilətə malikdirlər. Yuxarıdakı ayə nazil olaraq bildirdi ki, hər iki dəstə də İlahi nemətə şamildir.

Yuxarıdakı ayədən çıxartdığımız nəticələr:

1. Allah yolunun mühacirləri Allah yanında üstün mükafata və məqama malikdirlər.

2. Behişt nemətlərindən istifadə etmək meyarı təbii ölüm və ya şəhadətlə deyildir. Allah yolunda olub, o yolda can verməklədir.

3. Hər kim Allah yolunda ölər, Allahın ona xüsusi inayəti və ən üstün ruzisi olar.

4. Ən üstün ruzi deyildikdə, o şey nəzərdə tutulur ki, insan gözü ona dəyən zaman məftun olur və ona tərəf elə cəzb olunur ki, gözünü ondan çəkə bilmir.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930