Səddama şəhid edilməmişdən öncə rəzil şəkildə asılacağını söyləyən Seyyidə xanım
Mьəllif: admin1
Tarix: 6-03-2018, 10:17
Səddama şəhid edilməmişdən öncə rəzil şəkildə asılacağını söyləyən Seyyidə xanım
Dövrünün tanınmış əxlaq, təqva, mərdlik, düşməndən qorxu bilməyən müçtehidə xanım olan Seyyidə Şəhid Əminə xanım çox böyük şəxsiyyət idi.

O hətta zalım Səddam Hüseyn tərəfindən şəhid ediləcəyini bildiyi vaxt Səddama onu asacaqlarını və səltənətinin sona qədər qalmayacağını söyləmişdi.

Rəzil şəkildə səni asıb rəcəklər.“ – deyə o pak xanım Səddama şəhid olmamışdan öncə bildirmişdir.

Amma zalım Səddam Hüseynin gözünü pul mal dövlət tutduğundan Seyyidə Əminə xanımın sözləri ona adi söz kimi gəlirdi.

Amma bütün dünya gördükü vaxt gəldi Seyyidə Əminə xanımın bəsirəti sayəsində Səddama dediyi iş oldu və zalım Səddam o işin şahidi oldu.

Səddam və oğlanlar çoxlu cinayətlərə əl atmışdılar. Harada Əhli Beyt (ə) aşiqi olsaydı işgəncələrlə öldürtdürərdilər.

Bir gün zalım Səddam Həzrət İmam Əlinin (ə) ziyarətinin qapılarını bağlatdırır.

Və əmr verir ki, heç kəs bura daxil olmağına icazə verməyin.

Bu hadisəni eşidən Seyyidə Əminə xanım və əziz hörmətli qardaşı İslam dünyasında öz mərifəti, elmi ilə seçilən dövrünün 'Əbuzər' ləqəbinə layiq olan Seyyid Şəhid Muhəmməd Baqir Əs Sədr ilə əyinlərinə kəfən geyinərək gəlib o qıfılları qırırlar.

Və deyirlər biz nə qədər sağ qalmışıq Həzrət İmam Əlinin (ə) ziyarətinin qapıları onun aşiqlərinin üzünə açıq qalmalıdır. Əgər bağlamaq istəyirlərsə gəlib bizi öldürüb sonra bu qapıları bağlaya bilərlər.
(islaminsesi)


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930