Həzrət Zəhranın (s.ə) üzüyünə həkk edilmiş zikr və onun mənası
Mьəllif: admin1
Tarix: 24-02-2018, 09:59
Həzrət Zəhranın (s.ə) üzüyünə həkk edilmiş zikr və onun mənası
Həzrət Fatimeyi-Zəhranın (s.ə) həyatından bəhs edən müasir və qiymətli “Fatemeye-Zəhra (s.ə) şademaniye dele Peyambər (s)” əsərində (səh-902) O həzrətin üzüyünün xüsusiyyətləri haqda bəzi hədislər gətirilib.

İlk növbədə qeyd etmək lazımdır ki, dini baxışda üzüklərin vurulması sırf bəzək-düzək hədəfi daşımır. Burada məqsəd üzüklərin üzərində olan zikrlərin Allahı insana xatırlatması, üzüklərdə yerləşdirilən zikrlərin və hirzlərin insanı mənəvi və fiziki baxımdan qoruması və sair hədəflər nəzərdə tutula bilər.

Hədislərə görə Fatimeyi-Zəhranın (s.ə) üzüyü gümüşdən olub. Hədislərə əsasən həzrət Fatimənin üzüyünün üzərində “Əminəl-Mutəvəkkilun” (Allaha təvəkkül edənlər təhlükəsizlikdədirlər) zikri həkk olunub.

Digər bir hədisə görə isə o həzrətin üzüyünün üzərində “Allahu vəliyyu isməti” (Allah mənim ismətimi qoruyandır) zikri yazılıb.

Üçüncü bir hədisə görə isə O həzrətin üzüyünün üzərində “Niməl-Qadiru Allah və Ya Əminəl-Mutəvəkkilun” (Allah necə də gözəl qadirdir və Ona təvəkkul edənlər amandadırlar). Alimlər buyurur ki, bu zikrin üzüyün üzərində olması onun sahibini qoruyan ən güclü səbəblərdəndir.

Sonuncu ehtimalı ortaya qoyan hədisə görə isə, həzrət Fatimənin üzüyünün üzərində eynilə Süleyman Peyğəmbərin üzüyündə həkk olunmuş bu zikr olub:

“Subhanə mən əlcəməl-cinnə bi-kəlimatihi” (Pak və münəzzəhdir O Allah ki, kəlmələri ilə cinləri bağlayıb).
(İslaminSesi)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930