Nemət, ruzi və bərəkət arasında olan fərqlər
Mьəllif: admin1
Tarix: 14-02-2018, 14:48
Nemət, ruzi və bərəkət arasında olan fərqlər
Biz insanların hamısına ruzi çatır, ancaq onunla qane olmur və daha çox əldə etmək üçün səylər göstəririk. Çünki, biz insanlar həqiqətdə hərisik. Ancaq bu həqiqəti qəbul etməliyik ki, hər nə qədər çalışsaq da, hər birimizin müəyyən olunmuş ruzisi vardır.

Belə bir bölgü var ki, buna əsasən nemət adında bir məfhum var, ruzi adında ikinci məfhum var və bərəkət adında üçüncü məfhum var. Bu yanaşmaya əsasən, əgər filankəsin sərvətini hesablamaq istəyirsənsə, baxırsan ki, onun nə qədər pulu vardır. Tutaq ki, N qədər neməti vardır. Bəs bu puldan nə qədərini istifadə edir? Tutaq ki, P qədərini – deməli bu şəxsin P qədər ruzisi vardır. Yəni, əgər on iki qazanı vardırsa və ancaq onların cəmi ikisindən istifadə edirsə - o iki qazan onun ruzisidir, qalan on qazan onun ruzisi deyildir. Ruzi – yəni o şey ki, ondan istifadə edirsən, nəinki onu qoruyub saxlayırsan.

Üçüncü məfhum olan bərəkətə görə isə deyirdilər ki, hər ruzi bərəkət deyildir. Misal üçün mənim 10 kq balım var, sənin 20 kq, başqasının 30 kq. Ancaq hər birimiz bu baldan cəmi 1 kq-nı istifadə edə bilirik. Qalan balları istifadə edə bilmirik. Yəni, bu balda cəmi 1 kq bizim ruzimizdir, qalanları deyil. Amma bu 1 kq bal bizə o qədər ləzzət veribdir ki, daha çox yesəydik də, o qədər ləzzət almazdıq. Bu ləzzət almaq – həyatın bərəkətidir. Ona görə də onlar deyirdilər ki, ruzi insana bir növ ləzzət vermir. Bəlkə bu ləzzətlərin sayı çoxdur.

Dediklərimizdə məqsəd odur ki, insan hər nə qədər ruzi qazanırsa-qazansın, əgər onunla qane olmursa və ondan ləzzət almırsa – o zaman həmin ruzinin onun halına heç bir xeyri yoxdur. Əsil ruzi odur ki, insan ondan ləzzət alsın və əlində olanların qədrini bilsin.

Ruzinin və nemətin bərəkətli olması o deməkdir ki, həmin ruzidən və nemətdən həm özün bəhrələnəsən, həm də qalanlarını başqalarına verib, onları şad edəsən. Bu zaman həyatdan aldığımız ləzzətlərin sayını artırmış olarıq.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930