Doğru olanlarla birgə olmalı. Bəs sadiqinlər kimlərdirlər?
Mьəllif: admin1
Tarix: 19-01-2018, 22:49
Doğru olanlarla birgə olmalı. Bəs sadiqinlər kimlərdirlər?
“Ey iman gətirənlər, Allahdan qorxun və doğruçularla birgə olun (ki, onların ən bariz nümunəsi Peyğəmbərin (s) məsum Əhli-Beytidir (ə))”. (“Tövbə” 119).

Bu ayədə adə çəkilən sadiqinlər o kəslərə deyilir ki, verdiyi hər bir xəbər doğrudur və ağzından çıxan hər bir söz düz sözdür. Sadiq deyildikdə, əlbəttə ki, insanın həm dedikləri və həm də əməlləri nəzərdə tutulur. Yəni, sadiqinlər o kəslərdir ki, həm danışıqlarında doğruçudurlar, həm də əməllərində. Etdiyi əməli əqidisinə uyğun olar.

Allah Təala bu ayədə möminlərə göstəriş verir ki, təqvalı olsunlar və sadiqinlərin davamçısı olsunlar. Başqa sözlə desək, özləri də sadiqinlərdən olsunlar.

Əgər Əhli-Beyt (ə) və əhli-təsənnün mənbələrinə nəzər salsaq, görərik ki, sadiqin deyildikdə Həzrət Peyğəmbər (s) nəzərdə tutulmuşdur.

Əlbəttə, sadiq sözünün mənası daha genişdir. Qurani-Kərimin başqa ayəsində sadiqinlərin bəzi sifətləri bizə tanıdılmışdır, o cümlədən:

“Yaxşılıq yalnız üzlərinizi (ibadət üçün) şərq və qərbə tərəf çevirmək deyildir.

Lakin həqiqi yaxşılıq Allaha, axirət gününə, mələklərə, (səmavi) Kitaba və peyğəmbərlərə iman gətirən (başlanğıc və məada, həmçinin bu ikisinin arasında olan etiqadi əsaslara iman gətirən), eləcədə də öz malını – çox sevməsinə (və ona ehtiyacı olmasına)baxmayaraq – Allah eşqinə qohumlarına, yetimlərə, yoxsullara, yolda qalanlara, dilənçilərə və qullar(ın azad olunmasın)a verən, namaz qılan, zəkat verən, əhd-peyman bağlayan zaman öz əhdinə vəfalı olanlar, (məxsusən) maddi çətinlikdə, cismi zərərlərdə və cihad zamanı səbirli olan kəs(in iman və əməli)dir. Onlardır doğru danışanlar və onlardır təqvalılar! (Ümumiyyətlə yaxşılıq üç cəhətdən – etiqad, əməl və əxlaqdan ibarətdir)”. (“Bəqərə” 177).

Beləliklə deyə bilərik ki, sadiqinlər kamil insanlardır ki, Allah tərəfindən biz insanları hidayət etmək üçün göndərilmişdir. Bu insanlar İlahi rəhbərlərdir ki, onların ardıcılı olmaq lazımdır. Ancaq bu zaman haqq yolunu gedər və hidayət ola bilərik.

Əgər mömin təkamül etmək istəyirsə, gərək imana, təqvaya malik olmaqla yanaşı, Məsum rəhbərə də itaət etsin. Hər bir zamanın özünəməxsus İlahi rəhbəri vardır.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930