Qurani-Kərimdə bitkilərin 3 xüsusiyyəti barədə
Mьəllif: admin1
Tarix: 17-01-2018, 22:44
Qurani-Kərimdə bitkilərin 3 xüsusiyyəti barədə
Qurani-Kərim bitkilərdən söz açan zaman onların əsas üç xüsusiyyətinə işarə etmişdir.

1. Müəyyən ölçü. “Və bu yeri sərdik, onda möhkəm dağlar yerləşdirdik və orada hər bir şeydən müəyyən ölçüdə (hər biri zahiri görünüş, xüsusiyyət, zaman və məkan baxımından müəyyən biçimdə olan bitkilər) bitirdik”. (“Hicr” 19).

2. Gözəl olmaqları. “(Biz) göydən (yağış, qar və dolu şəklində) su nazil etdik, beləliklə yerdə gözəl və dəyərli bitkilərin hər cütündən bitirdik”. (“Loğman” 10).

3. Şadlıq hissi verir. “Beləliklə (həmin suyun) vasitəsilə gözəl, yamyaşıl və könül oxşayan bağlar yetişdirdik ki, onların ağaclarını bitirmək sizin üçün müyəssər deyildi!”. (“Nəml” 60).

Bitkilərin müəyyən ölçüdə yaradılması o deməkdir ki, hər bir bitki ondan az və ya çoxunda yarana bilməzdi. Bitkilər də bütün dünyada olan başqa məxluqlar kimi, insan üçün xəlq olmuşdur. Əgər insan bir qızılgülün gözəlliyinə diqqət etsə, Xaliqin qüdrətini hiss edər. Allah təbiətə elə nəqş vurubdur ki, heç bir mahir rəssam onu edə bilməz. Bu gözəlliklər, bu rənglər, rənglərin bir-biri ilə ahəngliyi ancaq Ona məxsusdur.

Allah Təbarəkə və Təala təbiəti yaradaraq, bizim ruhumuzu şadlandırmış və gözəllikləri görmək imkanı vermişdir. Təbiət gözəlliyinin insan ruhunda yaratdığı şadlığı insan başqa yerdən əldə edə bilməz. Bu xüsusi bir hiss və həyəcandır ki, ancaq Allahın xəlqinə məxsusdur.

Rənglər elə bir həqiqətdir ki, insan ruhuna xüsusi təsir qüvvəsinə malikdir. Bu həqiqətin fəlsəfəsini hələ heç kəs kəşf edə bilməmişdir.

Bəzi rənglər insanı sevindirir, bəziləri isə düşüncəyə aparır.

İmam Baqir (ə) buyurur: “Hər kim sarı rəngli ayaqqabı geyinər, ayaqqabı ayağına olarsa, şadlığı üzündə zahir olar. Necə ki, Allah Təala buyurur: “Dedilər: «Bizə görə Rəbbini çağır, onun rənginin necəliyini bizə aydınlaşdırsın». Dedi: «Rəbbiniz deyir ki, o, görənlərə xoş gələn xalis tünd sarı rəngli bir inəkdir»”. (“Bəqərə” 69).

Bu hədis də təsdiq edir ki, rənglərin insan ruhuna təsiri vardır. Ona görə də möminə təklif olunur ki, ruhunu sevindirən rənglərə üstünlük versin.

Allah gözəldir və ona görə də nə xəlq edirsə, gözəl və hüsndür.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930