Cəhənnəmin qapıları deyildikdə, nə nəzərdə tutulur?
Mьəllif: admin1
Tarix: 30-12-2017, 21:49
Cəhənnəmin qapıları deyildikdə, nə nəzərdə tutulur?
Cəhənnəmin qapıları ilə bağlı 2 nəzər vardır:

1. Birinci nəzərə görə, qapı deyildikdə təbəqə nəzərdə tutulur. İmam Əlidən (ə) belə bir hədis vardır ki, buyurur: "Cəhənnəmin yeddi qapısı, yəni yeddi təbəqəsi vardır ki, bir-birinin üzərində qərar tutur”.

Bu zaman İmam Əli (ə) bir əlini o biri əlinin üzərinə qoyur və buyurur: “Allah behişti bu cür genişləndirdi və atəşi təbəqə-təbəqə qərar verdi. Ən alt təbəqə cəhənnəmdir, onun üzərindəki Ləzidir, onun üzərindəki Hütəmədir, onu yuxarısındakı Səqərdir, onun üstündə Cəhimdir və onun da üzərində Səyirdir. Ən üst təbəqə Haviyədir”. Bu hədisə əsasən, cəhənnəmim qapıları deyildikdə, təbəqələri nəzərdə tutulur.

2. İkinci nəzərə görə, qapı deyildikdə dərəcə nəzərdə tutulur. Ona görə də cəhənnəmin yeddi qapısı deyildikdə, yeddi dərəcəsi nəzərə alınır.

Birinci dərəcə tövhid əhlinin dərəcəsidir ki, dünyada olan əməllərinə görə əzab görərlər, sonra xaric olarlar.

İkinci dərəcə Həzrət Musanın (ə) təliminin ardıcıllarından xəyanət edənlər üçündür aiddir.

Üçüncü dərəcə Həzrət İsanın (ə) ardıcıllarından xəyanət edənlərə aiddir.

Dördüncü dərəcə sabiinlərin yeridir.

Beşinci dərəcə zərdüştlərin yeridir.

Altıncı dərəcə ərəb müşriklərinə aiddir.

Yeddinci dərəcə münafiqlərin yeridir. Belə ki, Allah Quranda buyurur: “Şübhəsiz, münafiqlər odun ən aşağı təbəqəsindədirlər və onlar üçün əsla bir yardımçı tapmayacaqsan”. (“Nisa” 145).



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930