İllərdir gözü yaşlı qalan Həzrəti Yəqubun başına gələn müsibətlərin səbəbi
Mьəllif: admin1
Tarix: 23-12-2017, 21:40
İllərdir gözü yaşlı qalan Həzrəti Yəqubun başına gələn müsibətlərin səbəbi
Bütün peyğəmbərlər (ə) barəsində İslam təlimlərinin bizə öyrətdiyi budur ki, onlar (ə) istər vəhy məsələlərində olsun, istərsə də gündəlik öz həyati işlərində və rəftarlarında olsun günahdan kənardırlar. Lakin bəzən Quran ayələri ilə rastlaşırıq ki, Allah Təala bəzi peyğəmbərləri (ə) hansısa işindən ötəri qınayır. Məsələn Adəmin (ə) adı çəkilmiş ağacın meyvəsindən yeməsi, yaxud Yunis (ə) peyğəmbərin balığın qarnında həbs olmasına səbəb olan hadisə.

Allah Təalanın bu növ qınamaları heç də onların günah etməsinə dəlalət etmir. Dini mətnlərdən və alimlərin söylədiklərindən ələ gələn nəticə budur ki, həmin qınanan peyğəmbərlər nəinki günah ediblər, daha doğrusu desək onlar “tərki ovla” ediblər. Yəni günah deyil, ən üstün xeyir əməli tərk ediblər. Halbuki onlardan (ə) bu etdiklərindən daha üstünü gözlənilirdi. Allah Təala onlardan (ə) bu əməlin daha üstün formasını “gözləyirdi”.

Həzrəti Yaqubun (ə) başına gələn çətinliklərin, övladları Yusif (ə) və Binyamindən (ə) bir müddət ayrı qalmasının səbəbi də bu növ “tərki ovla” idi. Hədisdə buyurulur:

“Yaqub (ə) peyğəmbər Yusifin (ə) ardınca Binyaminin də Misirə getməsindən sonra çox ağlayır və dua edib deyir: İlahi mənə rəhm etmirsən? Məndən üz çevirmisən? İkinci oğlumu da məndən aldın?

Allahdan vəhy nazil olur: “Əgər Yusif və Binyamini öldürsəm sənin üçün dirildərəm və sizi bir daha bir yerdə qərar verərəm. Ey Yəqub yadındadırmı? Bir dəfə bir qoyun kəsdin və yediniz. Qonşunda oruc tutmuş bir şəxs vardı. Sən o qoyundan heç ona vermədin.”

O gündən Hz. Yaqub (ə) peyğəmbər hər gün günorta və axşam ətrafa cər çəkər, bir fərsəxə qədər (5km.) olan insanlar o Həzrətin süfrəsindən nəsiblərini almağa gələrdilər.
(Bihar. C-12. S-264)

Yaşar Nuriyev
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930