İmanın ən möhkəm dayağı hansıdır?
Mьəllif: admin1
Tarix: 23-12-2017, 09:57
İmanın ən möhkəm dayağı hansıdır?
Həzrət Peyğəmbər (s) bir gün səhabələrinə belə bir sual verir: “İmanın dayaqları arasında hansı biri, başqalarından daha möhkəmdir?”.

Səhabələrdən biri dedi: “Namaz”.Həzrət (s) buyurdu: “Xeyr”.

Bir başqası dedi: “Zəkat”.Həzrət (s) buyurdu: “Xeyr”.
Biri dedi: “Oruc”.Həzrət (s) buyurdu: “Xeyr”.
Dördüncüsü dedi: “Həcc və ümrə”.Həzrət (s) buyurdu: “Xeyr”.

Beşincisi dedi: “Cihad”.Həzrət (s) buyurdu: “Xeyr”.
Nəhayət, heç kəs Həzrəti (s) razı salan cavabı verə bilmədi.

Əziz Peyğəmbər (s) buyurdu: “Adını çəkdiyiniz bu işlərin hamısı fəzilətli və böyük işlərdir. Ancaq bunlardan heç biri mən soruşduğum deyildir. İmanın ən möhkəm dayağı – Allaha xatir sevmək və Allaha xatir düşmən bilməkdir”.

Allah Təala bizləri imanda sabitqədəm olanlardan qərar versin.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930