Evliliklə bağlı İslam dininin meyarları
Mьəllif: admin1
Tarix: 25-11-2017, 10:18
Evliliklə bağlı İslam dininin meyarları
Evliliyin meyarları vardır ki, ən üstünü olanlarını bizə Həzrət Peyğəmbər (s) tanıtmışdır.

1. İman. İslam dininin nəzərinə görə bir müsəlmanın evlilikdəki ilk meyarı iman və təqva olmalıdır. Həzrət Peyğəmbər (s) buyurur: “Nə zaman bir nəfər elçiliyə gəlsə, əxlaq və dini bəyənilən olarsa, ona qızınızı verin. Əgər belə etməsəniz, yeri fitnə və fəsad bürüyər”.

2. Gözəl əxlaq. Dinimizin tövsiyə etdiyi ikinci meyar – əxlaq və gözəl xasiyyətdir. Bununla bağlı bir nəfər İmam Rza (ə) ilə məsləhətləşir və deyir: “Qohumlarımdan biri qızıma elçi düşdü, ancaq əxlaqı pisdir”. Həzrət (ə) buyurur: “Əgər əxlaqı pisdirsə, qızını ona vermə”.

3. Ailələrin bir-birinə uyğun olması. Evlilik ancaq iki nəfərin deyil, iki ailənin bir-birinə qovuşmasıdır. Ailə - hər bir insanın tərbiyə aldığı və yetişdiyi ocaqdır. Ona görə də ailənin sağlam və iffətli olması – mühüm şərtlərdəndir.

4. Qadınla kişi bir-birinə uyğun olmalıdır. Həzrət Peyğəmbər (s) buyurur: “Mömin kişinin həmtayı – mömin qadındır. Müsəlman kişinin həmtayı – müsəlman qadındır”.

5. Sağlamlıq. Həzrət Peyğəmbər (s) buyurur: “Axmaqla evlənməkdən çəkinin ki, onunla yoldaş olmaq – bəla və qəm mənbəyidir”.

Həzrət Peyğəmbərdən (s) evliliklə bağlı tövsiyələr. Həzrət (ə) buyurur:

“Evlilik mərasimini aşkar təşkil edin, elçilik mərasimini gizli”.

“Ən üstün evliliklər – o evliliklərdir ki, asan yerinə yetər”.

“Subaylarınızı evləndirin, çünki bu işlə Allah onların əxlaqını yaxşılaşdırar və ruzilərini artırar”.

“Evli insanın qıldığı iki rükət namaz, subay insanın qıldığı 70 rükət namazdan daha üstündür”.

“O cavan ki, cavan vaxtı evlənər, şeytanı fəryad çəkər: “Vay olsun ona! Dinini mənim şərimdən qorudu””.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930