Həyat yoldaşımız üçün necə əziz olaq?
Mьəllif: admin1
Tarix: 1-07-2020, 23:31
Həyat yoldaşımız üçün necə əziz olaq?
Hər bir insan istəyir ki, başqaları onun dəyərini bilsin və onu qiymətləndirsin, xüsusilə də həyat yoldaşı.

Bunun üçün də beş əməli yerinə yetirmək lazımdır:

1. Qəbul etmək. İnsan gərək həyat yoldaşını necə var, yəni olduğu kimi qəbul etsin. Bu əməl onun dəyərli olmasına atdığı ilk addım olacaqdır.

2. Qədir bilmək. Əgər həyat yoldaşınıza etdiyi yaxşı işlərinə görə təşəkkür edib, qədrini bilsəniz, onun izzəti-nəfsini gücləndirmiş olarsınız. Ona nə qədər mühüm olduğunu agah etmiş olarsınız.

3. Təsdiq etmək. Əlbəttə, təsdiq dedikdə tərif nəzərdə tutulur. Nə zaman başqalarını gördüyü işlərinə görə tərifləyərsiniz, o zaman onların nəzərdə daha cazibəli insan olarsınız.

4. Həvəsləndirmək. Hər bir insan istəyir ki, həyatda müvəffəq olsun. O zaman ki, həyat yoldaşınızın müsbət cəhətlərini tərif edərsiniz, həqiqətdə onu həyatda müvəffəq olmağa təşviq edərsiniz. Belə insan özünü sevməyə başlayar və özünə inamı artdığı üçün həyatda da müvəffəq olar.

5. Diqqət etmək. Əslində diqqət etmək həyat yoldaşının gözündə əziz olmağın ən mühüm açarıdır. O zaman ki, həyat yoldaşınıza diqqət edərsiniz – özünə daha çox dəyər verər və siz onun gözündə daha əziz olarsınız.

Diqqətli olmaq üçün isə qulaq asmağı bacarmaq lazımdır. Qulaq asmağın dörd məharəti ilə tanış olaq:

a) Qarşı tərəfin sözünü kəsmədən ona qulaq asın. Sükuta riayət edin. Televizoru söndürün və kitabı kənara qoyun. Ona hiss etdirin ki, bütün diqqətiniz ondadır.

b) Cavab verməzdən əvvəl bir qədər susun və ona imkan verin ki, sizə qulaq asmağa hazır olsun.

c) Qarşı tərəfə suallar verin və bu yolla məqsədini başa düşməyə çalışın.

d) Danışanın sözlərini öz dilinizdə xülasə edib, qarşı tərəfə təvil verin.

Kişilər gərək bu nöqtəyə diqqət etsinlər ki, qadınların adətən 3 şeyə ehtiyacları olar:

1. Məhəbbət.

2. Diqqət.

3. Ehtiram.

Qadınlar isə bilməlidir ki, kişilərin ən çox sevdiyi şey – onların müvəffəqiyyətlərini tərif etmək və onlara gülümsəməkdir. Həmçinin, həyat yoldaşının sözlərinə diqqətlə qulaq asmaq və onun sevdiyi mövzular haqqında söhbət etmək – onun bəyəndiyi əməllərdəndir.

Beləliklə, deyə bilərik ki, əgər həyat yoldaşınızın yanında əziz olmaq istəyirsinizsə, beş məharətə yiyələnməyə çalışın və düzgün qulaq asmağı öyrənin. Bu məharətlər sizi daha yaxın və daha dəyərli edəcəkdir.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930