MƏNƏVİ TƏKAMÜLDƏ MÖTƏDİLLİK - ORTA HƏDD
Mьəllif: admin1
Tarix: 15-09-2017, 06:05
MƏNƏVİ TƏKAMÜLDƏ MÖTƏDİLLİK - ORTA HƏDD
İnsanın dünyaya bağlılığı onu hətta müstəhəb (vacib yox, bəyənilmiş) işlərin yerinə yetirilməsindən ayırmamalıdır. Amma mənəvi təkamül prosesində, əxlaqi fəzilətlərin əldə olunmasında mötədillik, orta hədlilik prinsipini də unutmamalıyıq. Özünütərbiyənin, Allaha doğru hərəkətin (seyri-süluk), əxlaqi saflaşmanın ilk mərhələsində olanlar tədricən hərəkət etməli, orta həddi gözləməlidirlər. İti hərəkət edib nəfsini sıxıntıya salan insan nəfsin azğınlığı ilə rastlaşır. Bu vaxt onu cilovlamaq mümkünsüz olur və insan zərbə alır. Elə bu baxımdan tövsiyə olundu ki, insan özü üçün əxlaq ustadı seçsin. Əlbəttə ki, insan müəyyən mütaliələrin nəticəsində hansısa göstərişləri yerinə yetirmək qərarına gələ bilər. Məsələn, gecəni sübhədək və ya gecənin bir hissəsini oyaq qalar. Amma onun bu işi başqa bir sahədə zəifliyə səbəb olar. Məsələn, əsəblər zəifləşər, təhsildə gerilik yaranar, insan xəstəliyə düçar olar. Bu halda o həm dünya, həm də axirətdən məhrum olar. Əgər deyiriksə ki, dünya işləri hətta müstəhəb işlərə mane olmamalıdır, bunun öz yolu var. Bu işdə təcrübəli insanlarla məsləhətləşmək lazımdır. Şübhəsiz, uyğun addımları Əhli-beyt rəvayətləri əsasında atmaq lazımdır. İstənilən bir halda ifrat və təfritə yol vermək olmaz.
Əlbəttə, dünyaya bağlılıq insanı, məsələn namazı ilkin vaxtda qılmaq kimi fəzilətdən məhrum etməməlidir. Namaz qılmaq bir məsələdir, onu yüksək bir səviyyədə yerinə yetirmək başqa bir məsələ. Quran namazın qılınmasına, onun hifz olunmasına, yüksək səviyyədə yerinə yetirilməsinə çağırır: «Namazları hifz edin (diqqətli olun).» ("Bəqərə", 238.) Başqa bir ayədə oxuyuruq: «Möminlər namazlarını hifz edənlərdir.» ("Muminun", 9.) Namazı qorumaq dedikdə onu həm də öz vaxtında qılmaq nəzərdə tutulur. Bu məsələyə rəvayətlərdə də toxunulur. O cümlədən, imam Riza (ə) buyurur: «Üzürsüz səbəbdən heç bir namazınızı təxirə salmayın.» ("Biharul-ənvar", c.49, s.49, rəvayət 49, bab 3.)
Əgər insan belə bir dəyərli əməli hansısa əhəmiyyətsiz işlərə görə yubadıb axır vaxtda yerinə yetirərsə, şübhəsiz bu iş bəyənilməzdir. Fəzilət, kamillik, mənəvi məqam umacağında olanlar ibadət sahəsində, xüsusi ilə namazda bu sayaq səhlənkarlıq göstərməməlidir.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930