Ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xameneinin hacılara mesajı
Mьəllif: admin1
Tarix: 31-08-2017, 22:33
Ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xameneinin hacılara mesajı
Ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei hər il olduğu kimi həcc mərasimi ilə bağlı mesaj ünvanlayıb.

Deyerler.org Parstoday-a istinadən xəbər verir ki, Ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xameneinin bu ilki həcc mesajının tam mətni aşağıda təqdim edilir.

Bismilləhir-Rahmənir-Rahim
Aləmlərin Rəbbinə şükürlər olsun. Allahın salamı peyğəmbərlərin sonuncusu mövlamız Həzrət Məhəmməd (s), pak imamlar (ə) və görkəmli səhabələrinin üzərinə olsun.

Həccə daxil olmaq səadətini bu il də dünyanın müxtəlif yerlərində neçə-neçə möminə nəsib edən və onların bu feyzli mənbədən istifadələrini - hər saatı qənimət sayılmalı, möcüzəvi bir məlhəm kimi qəlbləri dəyişdirən və ruhları təmizləyib zinətləndirən - bu mübarək günlər və gecələrdə Allahın əzəmətli evi yaxınlığında xuşu halında ibadət və zikr ilə məşğul olmalarını təmin edən uca Allaha şükürlər olsun.

Həcc nə qədər sirrə malik olan bir ibadətdir. Allahın əzəmətli evi də ilahi bərəkətlərlə doludur və Haqqın ayə və dəlillərinin əks olunduğu bir məkandır. Həcc mömin, xuşu əhli və tədbirli bir qulu mənəvi məqamlara nail edə bilər. Onu ucalda və nurlu bir insana çevirə biləcəyi kimi, onu bəsirət və cəsarət sahibi, hərəkat və cihad əhli olan bir məqama yüksəlməsini də təmin edə bilər. Bu vacibatın mənəvi və siyasi əhatəsi ilə fərdi və ictimai tərəfi çox aydın, dolğun və bənzərsiz quruluşa malikdir. Müsəlman cəmiyyətlərinin bu gün həccin hər iki istiqamətinə də ehtiyacı var.

Günümüzdə bir tərəfdən materializmin sehri müasir vasitələrlə kütlələri aldadıb məhvə sürükləyir. Digər tərəfdən də, hökmran rejimlər siyasətləri ilə müsəlmanlar arasında fitnə salıb, müharibəyə təhrik edərək, İslam ölkələrini təhlükəsiz və münaqişələrlə dolu bir cəhənnəmə çevirmək niyyətindədir.

Həcc İslam ümmətinin başına gələn hər iki böyük bəlaya şəfa olan dərmanı verə bilər. Həm qəlbləri bu pisliklərdən təmizləyərək, təqva nuru və mərifətlə nurlandırmaq, həm də gözlərin İslam dünyasının acı həqiqətlərini görməsinə, lazımlı tədbirlər üçün əzmkarlığa səbəb ola bilər.

Günümüzdə İslam dünyası tam bir etibarsızlıq içərisindədir. Əxlaqi, mənəvi və siyasi etibarsızlıq. Bunun əsas amili qəflət və düşmənlərin qəddar hücumudur.

Biz düşmənin hücumu qarşısında dini və əqli vəzifəmizi yerinə yetirməmişik. Həm kafirlər qarşısında şiddətli, həm də öz aramızda mərhəmətli davranma prinsipimizi unutduq. Bunun nəticəsində sionist düşmən, İslam dünyası coğrafiyasının qəlbində fitnə-fəsadlarını davam etdirdi və bizlər Fələstinin azad edilməsi adlı əsas vəzifəmiz mövzusunda qəflətə düşdük. Suriya, İraq, Yəmən, Liviya və Bəhreyndə daxili müharibə ilə Əfqanıstan, Pakistan və digər bölgələrdə terrorizmlə mübarizə ilə başımızı qatdılar.

İslam ölkələrinin liderləri ilə İslam dünyasındakı siyasi, mədəni və dini elitaların çiyinlərində ağır vəzifələr var: vəhdəti təmin etmək, kütlələri qövm və məzhəb savaşlarından uzaq tutmaq, millətləri imperializm və sionizmin xəyanətləri və düşmənçilik üsulları qarşısında məlumatlandırmaq, kütlələrin çətin və yumşaq müharibənin müxtəlif sahələrində düşmənə qarşı mübarizə edə bilməsi üçün lazımlı təchizatı təmin etmək, hazırda dünyanın müxtəlif nöqtələrində kədər və etiraz səbəbi olan Yəmən və digər yerlərdəki acı nümunələr kimi, İslam ölkələrində davam etməkdə olan faciələri təcili olaraq dayandırmaq, Myanmada və daha neçə-neçə yerlərdə olduğu kimi, məzlum müsəlman azlıqları ciddi şəkildə müdafiə etmək və hamısından da mühümü olan Fələstini müdafiə edib qorumaq və yetmiş ilə yaxın bir müddətdir qəsbə məruz qalmış ölkə üçün mübarizə aparan bir millətlə əməkdaşlıq ilə qeyd-şərtsiz bir münasibətə əhəmiyyət verməkdir.

Bu ağır vəzifələr hamımızın çiyinlərindədir. Millətlər bu vəzifələri ölkələrindəki dövlətlərdən tələb etməlidir, elita da ciddi bir əzm və xalis niyyətlə bu məqsədin həyata keçirilməsi üçün səy göstərməlidir. Bu hərəkətlər Allah dininin qəti qələbəsini müjdə verən addımlardır və heç şübhəsiz, İlahi vədə əsasən, Allah qələbəni təmin edəcək.

Qeyd olunan bu hərəkətlər həccin təqdim etdiyi dərslərdən bəziləridir və bu dərslərin düzgün başa düşülməsi və yerinə gətirilməsi gözlənilir.

Hamınızın həccinizin qəbul edilməsini istəyir, Mina və Məscidul-Həram şəhidlərini yad edir və onlar üçün Rəhim və Kərim olan Allah qatında ülvi dərəcələr arzulayıram.

Allahın salam və rəhməti üzərinizə olsun.

Ali dini rəhbər Ayətullahul-üzma Seyid Əli Xamenei
29 avqust 2017/ 7 Zilhiccə 1438

Deyerler.org
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930