İnsan haradan bilsin ki, şeytanla (lən) müxalidfir, yoxsa həmkar?
Mьəllif: admin1
Tarix: 29-08-2017, 22:24
İnsan haradan bilsin ki, şeytanla (lən) müxalidfir, yoxsa həmkar?
Əmirəl-möminin (ə) buyurur: “Şeytana aşkarda lənət və nifrin etmə o halda ki, daxilində onunla dostluq planı qurarsan”.
İnsanların bir hissəsi yoxsulluq, nifaq, şeytan kimi kəlmələrdən qorxurlar, halbuki əməldə ona düçardırlar.

Bəzi zəngin insanlar yoxsulluqdan qorxduqları üçün, yoxsul kimi yaşayırlar.
Bəzi münafiq insanlar münafiqləri lənətləyir və pisləyirlər, halbuki özləri əməldə nifaqa düçar olurlar.

Elə şeytansifət insanlar vardır ki, insanların arasında şeytandan (lən) Allaha pənah apardıqlarını dillərinə gətirərlər. Ancaq qəlblərində onunla həmrəydirlər və əməldə o məluna quldurlar. Ona görə də dedikləri həqiqətdən uzaqdır.
Çox vaxt heç özləri də bunun fərqinə varmır.

Sadəcə, insan gündəlik rejimdə özünə əməlləri ilə bağlı hesabat verməli, niyyətləri ilə əlaqədar özü üçün yəqinlik hasil etməlidir.
Sözü və əməli, əxlaqı, rəftarları, qazancı Allah Təalanın buyuruşları ilə uyğun gəlirsə, deməli şeytanla (lən) müxalifdir.

Yox, Allah eləməmiş, əgər görsə ki, iddiaları ilə əməlləri və niyyətləri daban-daban ziddir, deməli o məlunla həmkardır və əslində, lənətliyin quludur. Yer üzündə İlahi proqramı deyil, şeytani proqramı həyata keçirməklə məşğuldur.
Allah Təala belə aqibətdən saxlasın.


/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031