Möminin gündəlik proqramı
Mьəllif: admin1
Tarix: 7-05-2022, 22:17
Möminin gündəlik proqramı
1. Namazlara çox diqqətli olmaq - əvvəl vaxtda, camaatla qılmaq;

2. Yalan danışmamaq;

3. Gözünə nəzarət etmək;

4. Gecə namazı qılmaq;

5. Qəza namazı və oruclarını bərpa etmək;

6. Ən azı 50 ayə oxumaq;

7. Bir hədis, məsələ oxumaq ya öyrənmək;

8. Sədəqə ya nəzir vermək;

9. Sileyi-rəhm etmək;

10. Əmr be-məruf, nəhy əz-münkər etmək;

11. Gündəlik zikrlərdən etmək - salavat, istiğfar, təsbih, təsbihati-ərbəə və s.;

12. 14 Məsuma(ə) salam göndərmək;

13. 12-ci imamın zühuru üçün dua etmək - fərəc duasını oxumaq;

14. Valideynlərə xidmət etmək - qulluq, zəng, dua, salam və s.;

15. Dünyasını dəyişənlər üçün dua etmək;

16. Allah qorxusundan ağlamaq;

17. Ölümü və qəbri xatırlamaq;

18. Daim dəstəmazlı olmaq;

19. Halal və az yemək;

20. Az yatmaq, sübhləri yatmamaq;

21. Bacardıqca üzü qibləyə olmaq (işləyəndə, əyləşəndə, yemək yeyəndə və s.);

22. Xoşrəftar olmaq (ailədə, işdə, dostlarla və s.);

23. Hər hansı duanı ya əməli 40 gün ardıcıl etmək;

24. Bihudə söhbətlər etməmək;

25. Möminin qəlbini sevindirmək;

26. Hər axşam yatmamışdan əvvəl gün ərzində etdiyin əməlləri hesaba çəkmək.


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930