Dinin üçdə ikisini məhv edən sadə düşündüyümüz əməl
Mьəllif: admin1
Tarix: 14-07-2022, 09:30
Dinin üçdə ikisini məhv edən sadə düşündüyümüz əməl
Qurani-Kərimdə Hud surəsinin 113-cü ayəsində buyurulur:

"Zülm edənlərə (rəğbət bəsləməklə, kömək göstərməklə) meyl etməyin, yoxsa sizə atəş toxunar (cəhənnəmlik olarsınız).

Sizin Allahdan başqa dostunuz (himayədarınız) yoxdur. Sonra sizə (dünyada da, axirətdə də Onun əzabından heç bir) kömək olunmaz!”

Bu ayə ümumi məna daşıyır. Yəni zalıma sığınmağın səbəbləri haqda bir şey demir və onun mütləq saxlayır.

Amma zalımın əlində olan bir şeyə görə onun qapısına getməyin əzabı və cəzası daha çoxdur. Hətta o zalım insan olmasa belə imkanlı insan olsa və onun əlindəkinə nail olmaq üçün qarşısında təvazökarlıq göstərsək peyğəmbərin bu məzəmmətinə tuş gələrik:

Məhəmməd Peyğəmbər (s) buyurur: "Hər kəs bir imkanlının yanına gedib, əlindəkinə göz dikərək onun qarşısında təvazökarlıq etsə dininin üçdə ikisi gedər.”

Peyğəmbər sonra buyurdu: "Tələsmə! Hər imkanlı birinin əli ilə sənin əlinə gələn bir şey, dininin üçdə ikisinin məhv olmasına səbəb olmaz.

Bu işdə bax gör onun ehtiram etməsindən məqsədi Allahın savabıdır yoxsa aldatmaq və ya əlindəkinə sahiblənmək”

(Biharul-Ənvar, cild-5, səh-169)


Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031