Duadan sonra niyə əlimizi üzümüzə çəkirik?
Mьəllif: admin1
Tarix: 9-08-2017, 18:42

  İslam dinində, ümumiyyətlə insan həyatında mühüm və bəyənilən əməllər var Peyğəmbərimiz (s) və Əhli Beyt İmamlarımız (ə) bizə təlim ediblər. Öz dəyərli kəlamları ilə ümməti elmə və gözəlliyə dəvət ediblər.


Ayə və hədislərdə duaya çox önəm verilir. Quranda duanız olmasa nə qiymətiniz olar? Kimi ifadə olunur: (Ya Rəsulum, bu Məkkə müşriklərinə) de: 'Əgər duanız olmasa, Rəbbimin yanında nə qədir-qiymətiniz olar? (Furqan-77).

Hədisdə dua möminin silahı adlandırılıb. Duanın da digər əməllər kimi xüsusi hazırlığı, məxüsusi vaxtları vardır ki, dua kitablarında qeyd olunub. Amma duanın ən gözəl vaxtı qəlbin yumşalan, hazır olan vaxtıdır. Bəzən dua edəndən sonra əllərimizi üzümüzə də çəkirik. Bu əməl bizə Əhli Beyt İmamlarından (ə) bir tövsiyıdir. İmam Sadiq (ə) bu barədə buyurub:

Əziz və Cabbar olan Allah, ona doğru uzanan əlləri boş qaytarmaqdan həya edər və öz rəhmətindən ona bəxş eləyər. Bəs dua etdikdən sonra əllərininzi üzünüzə bə başınıza çəkin ( Kafi.cild-2. Səh-471).

Ayətullah Cavad Amili əllərin üzə çəkilməsi barəsində buyurub: Əllərini duaya qaldıran insan, Peyğəmbər (s) sünnəsinə uyğun olaraq müstəhəbdir ki, əllərini üzünə və başına çəksin. Bu ona görədir ki, o əllər Allaha doğru uzanıb, Mütəal Allah da o əllərə cavab verib. Yəqin ki, Allah Təala uzanan əlləri boş qaytarmaz. İlahı lütfdən pay alan əllər əzizdir, mübarəkdir. Yaxşı olar ki, o mübarək əllər üzə və başa çəkilsin. Necəki İmam Səccad (ə) bir sailə (möhtaca) bir şey verəndə əllərini iyləyər və deyərdi: Bu əllər Allahın əlinə (rəhmətinə) yetişib. Çünki rəbbim buyurub: 

Məgər onlar bilmirlər ki, Allah qullarından tövbə qəbul edər, sədəqə (zəkat) alar? (Tövbə-104).


(islaminsesi/Y.Nuriyev)

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930