Dünyaya bağlılıq və sərvətə olan hədsiz məhəbbətin ağır nəticələri
Mьəllif: admin1
Tarix: 26-07-2017, 09:46

 Tarix boyu insanlar dünyaya bağlılıq və sərvətə olan hədsiz məhəbbət üzündən çox acı hadisələrlə üzləşiblər. Bu hadisələrin bəzisi onları nəinki günaha tərəf çəkmiş, hətta kafirliyə qədər aparıb çıxarmışdır.


 Bu hadisələrdən bir neçəsini nəzərdən keçirək:

1. Qarun «yoxsullara kömək et!» əmri gələndə üsyan etdi və Musa peyğəmbərin qarşısında durdu. (Deməli, Allaha kafir oldu).
2. İslam Peyğəmbərinin (s) Sələbə adlı səhabələrindən birinin əkinçilik və qoyunçuluq nəticəsində sərvəti çoxaldı. O, bütün var-dövlətini Mədinədən kənara apardı. Bu sərvət onun başını o qədər qatdı ki, yavaş-yavaş cümə və camaat namazına getməkdən məhrum oldu: O yoxsul olan zaman Allahla əhd etmişdi ki, varlı olarsa yoxsullara əl tutsun. Amma iş o yerə çatdı ki, zəkat almaq üçün Peyğəmbər (s) tərəfindən gələn şəxsin üstünə qışqırıb dedi:
«Məgər mən yəhudi, ya məsihi olmuşam ki, cizyə verəm» (Çünki islam dövlətində yaşayan yəhudi və məsihilər müsəlmanlara vergi verməli idilər. Buna «cizyə» deyilirdi). Bu vaxt «Tövbə» surəsinin 75-76-cı ayələri onu məzəmmət etdi.
3. Ühüd döyüşünün qurtarmağına az qalırdı. Müsəlmanların bir hissəsi qənimət yığmaq tamahı ilə qorunması lazım olan strateji bir yeri boşlayıb qənimət yığmağa başladılar. Düşmən bunu görəndə güclü bir hücuma keçdi. Bu müharibədə Peyğəmbərin (s) dodaqları yaralandı və dişlərindən bir neçəsi sındı. Bundan əlavə müsəlmanlardan bir çoxu, o cümlədən Peyğəmbərin (s) sevimli əmisi Həmzə şəhid oldu. Bu hadisələrin hamısının səbəbkarı isə bir neçə müsəlmanın dünya malına olan hərisliyi idi.
4. İslam dininin təzə zühur etdiyi vaxtlarda bəzi imansız adamlar pul almaqla özlərindən yalan hədis quraşdırırdılar. Bu şəxslərdən biri Səmərət ibni Cündəb idi. O, Müaviyədən aldığı pulun əvəzində İmam Əlinin qatili ibni Mülcəmin şəninə özündən hədis düzəltdi. Bundan əlavə Quranda İmam Əlini mədh edən ayənin onun qatilinə aid olduğunu söylədi, İmam Əlinin qatili barəsində olan ayəni isə İmam Əlinin (ə) adıyla bağladı.
5. Ömər Səd Rey şəhərinə hakim olmaq üçün düşmən qoşununun sərkərdəsi olub, İmam Hüseynə qarşı vuruşurdu.
6. İmam Kazimin vəfatından sonra müsəlmanların malı, İmamın Osman ibni İsa adlı bir səhabəsinin yanında idi. Bu şəxs pulları İmam Rizaya (ə) təhvil verməli idi. Lakin o, pullara sahib olmaq üçün camaata elan etdi ki, İmam Kazimdən sonra daha İmam yoxdur. Bununla da islamda yeni bir dəstə, yəni «Vaqifiyyə» (yeddi imamlılar) dəstəsi yaratdı.
7. Quranda dəfələrlə yoxsulluq qorxusundan uşaqlarını öldürən şəxslər tənqid olunublar. ("Ənam» surəsi, ayə 151, «İsra» surəsi, ayə 31)
8. İslam Peyğəmbəri (s) paxıllıq üzündən müsəlmanlara süd verməyən bir çobana belə buyurdu: «Allah sənin varını çox etsin!» Lakin südünü müsəlmanlara bağışlayan çobana buyurdu: «Allah sənə ehtiyacın qədər mal-dövlət versin». Bu vaxt bir kişi təəccüblə soruşdu: «Nə üçün paxıl çobana yaxşı dua etdin?» Peyğəmbər (s) cavabında buyurdu: «İnsanı qafil edən çox var-dövlətdənsə, ehtiyacı ödəyən az var-dövlət yaxşıdır».
Bu bəhsdən sonra belə nəticə alırıq ki, günaha şərait yaradan amillərdən biri də var-dövlətə vurğun olmaqdır.
 

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930