Keçmiş keşikçi və Ayətullah Mərəşi Nəcəfinin əhvalatı
Mьəllif: admin1
Tarix: 20-06-2021, 11:08
Keçmiş keşikçi və Ayətullah Mərəşi Nəcəfinin əhvalatı
Möminlərin də başqalarının əməllərini görmələri mümkündür. Bəzən Allah birini islah etmək üçün möminlərə onun əməlini görməyə izn verir. İslah məqsədi ilə olmasa, Allah buna izn verməz. Çünki O, eybləri örtəndir.

Ayətullah əl-üzma Mərəşi Nəcəfinin vurğunlarından olan bir nəfər tacir deyirdi: "Zülmkar şah zamanında keşikçi idim. Günlərin birində 15-16 yaşında bir gəncin Mercedes-Benz maşınında sükan arxasında oturduğunu gördüm.

Onun sürücülük vəsiqəsi olmadığına əmin oldum. Maşını saxladım. O, göy rəngli beş tümənlik çıxarıb mənə verdi. Pulu alıb, onun tez ordan uzaqlaşmasını istədim”.

Həmin gün qüsl etməli idim. Özlüyümdə fikirləşdim ki, ümumi hamama gedib, bu pulu verib qüsl edərəm. Bu fikirdə idim ki, görüm, Ayətullah Mərəşi Nəcəfi sübh namazı qılmaq üçün hərəmə gedir.

O, öz yolunu dəyişib, mənim keşikdə dayandığım qapıya tərəf gəldi. Qapının ağzında dayanaraq məni çağırdı. Göy rəngli beş tümənlik mənə verib dedi: "Haram pul ilə qüsl etmək icazəli deyil və qüslü batil edir”.

Fikrə daldım! Dedim, əgər bu insandırsa, bəs onda mən kiməm?!

Sübhün ilk çağı idarəyə gedib, istefa verdim və Ayətullah Mərəşi Nəcəfinin müridi oldum ki, insan olum.

Ustad Furugi


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930