Yer üzündə olan bu 3 ev çox dəyərlidir
Mьəllif: admin1
Tarix: 29-05-2022, 21:37
Yer üzündə olan bu 3 ev çox dəyərlidir
Ustad Ənsarian buyurur: "Allah Təala yer üzərində olan üç evi əziz və dəyərli hesab etmişdir.

Onlardan biri – Beytul-məmurdur ki, Quran onu Beytul-ətiq adlandırmışdır.

İkinci ev – Kəbədir.

Üçüncü ev isə möminin qəlbidir.

Möminin qəlbinin dəyəri Allah yanında başqa evlərdən daha üstündür. Hədislərimizin nəzərinə görə, möminin qəlbi Allahın ərşi hesab olunur.

Peyğəmbəri-Əkrəm (s) buyurur: "Möminin qəlbi – Rəhmanın ərşidir”.

Peyğəmbərin (s) bu dəyərli kəlamında məqsədi odur ki, bütün insanlar qəblərini orada sakin olan bütlərdən pak etsinlər. Bu bütlərə: məqamı, elmi, malı, vəzifəni, gözəlliyi... misal göstərmək olar.

O qəlbdə ki, mal və vəzifə bütü olar – Sübhan Allahı təsbih edə bilməz. O qəlbdəki gözəllik və zahirpərəstlik bütü olar – Allahı mədh və sitayiş edə bilməz”.

Allah Təala bizləri, qəlbini Rəhmanın ərşi edən bəndələrdən qərar versin, inşəallah.







(Deyerler.org)
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930