HƏR GÜN ÖZÜNÜ SORĞUYA ÇƏK!
Mьəllif: admin1
Tarix: 10-07-2017, 08:53

 Ölümdən sonrakı həyata, qəbir və qiyamət sorğusuna, cəhənnəm əzabına inanan şəxs öz əməllərinə, danışığına, əxlaqına biganə qala bilərmi?!

İmanlı insan elə bu dünyada öz əməllərini hesaba çəkib tədbir görməli, qiyamət sorğusuna hazırlaşmalıdır. Ağıllı tacir hər gün dükanının, alverinin hesabını aparır, xeyir-zərərini müəyyən edir. Sual olunur: dünya, yoxsa axirət zərəri daha təhlükəlidir?!

Həzrət Əli (ə) buyurur: «Qiyamət sorğusundan qabaq, həmin bu dünyada öz əməllərinizi hesaba çəkin», «Bu dünyada nəfsini hesaba çəkən insan xeyir tapacaq».
İslam Peyğəmbəri (s) sevimli səhabəsi Əbuzərə buyurur: «Qiyamətdə sorğuya çəkilənədək, bu dünyada öz nəfsini hesaba çək. Bu günün hesabı qiyamət hesabından asandır».

İnsan öz nəfsini, əməllərini hesaba çəkməyə adət etmək üçün üç mərhələdə iş apara bilər:

1. Günün münasib bir vaxtında (məsələn, sübh namazından sonra) insan öz nəfsinə müraciət edib deyə bilər ki, ey nəfs, hazırda diriyəm, amma ömrümdən nə qədər qaldığı məlum deyil. Ölümə hazır ol, bu gün savab dalınca get, günahdan çəkin və s.
2. Nəfslə şərt kəsdikdən sonra, gün uzunu ona nəzarət etmək zəruridir. Həzrət Əli (ə) buyurur: «Nəfsi azad buraxmaq şeytana fürsət verməkdir».
3. Günün sonunda həmin günün əməllərini hesaba çəkmək üçün saat təyin olunur. Yol verilmiş nöqsanlara görə insan nəfsini danlayıb tövbə edir.
 
 

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031