İnsan öz nəfsini hesaba çəkməsə, Uca Allahı inkar etməyə qədər gedib çıxa bilər
Mьəllif: admin1
Tarix: 10-04-2018, 10:21
İnsan öz nəfsini hesaba çəkməsə, Uca Allahı inkar etməyə qədər gedib çıxa bilər
İnsan süqut edən zaman heyvandan da alçaq səviyyəyə düşər. “Doğrudan da Biz cin və insanların çoxunu (sanki) cəhənnəm üçün yaratmışıq.

Çünki onların qəlbləri var, amma onunla (həqiqətləri) dərk etmirlər, onların gözləri var, lakin onunla (ibrət üçün)baxmırlar və onların qulaqları var, amma onunla (haqq maarifi) eşitmirlər.

Onlar heyvanlar kimi, bəlkə (onlardan) daha azğındırlar(çünki onlar inkişaf və təkamül istedadına malik olduqları halda, batil və puç yola gedirlər) və onlar həmin qafillərdirlər”. (“Əraf” 179).

İnsan öz nəfsini hesaba çəkməzsə, o qədər süqut edər ki, Peyğəmbərin (s) nübuvvətini, Quranın nuraniliyini və hətta Allahı belə inkar edər.

Ona görə də deyər: “Peyğəmbər (s) Hira dağına gedir və ürfani dərəcəyə çatdığı üçün elə bilir ki, kimsə ona deyir: “Oxu”.

Ona görə də Quran - onun öz zehninin məhsuludur. Ərəblər çox düşmənçi və kobud olduqları üçün Peyğəmbər (s) istəyirdi ki, onların bu çirkin işinin qarşısını alsın. Quranın dedikləri bizim zamana aid deyildir. Bu sözləri Allah deməmişdir. Bu sözlər - Peyğəmbərin (s) sözləridir”. (Nəuzubillah!!)

Əgər bu insandan soruşsan ki, heç Allahı qəbul edirsənmi?

Deyər: “Allahın var olmasına dair heç bir dəlilim yoxdur. Allahı isbat edən bütün bürhanlar batildir. Hesab edək ki, Allah var və bu sözləri deyibdir - Onun düz dediyinə görə heç bir sübutumuz yoxdur. Ola bilsin ki, bu sözlərin hamısı yalan olsun”. (Nəuzubillah!)

Faciəlidir ki, bu gün də belə insanlar vardır və cəmiyyət onları tərifləyir və onlarla iftixar edir.

Əgər biz Qurandan istifadə etmək istəyiriksə, ilk olaraq, gərək ona zahirən də hörmət edək. Onun cildini öpüb, gözümüzün üstünə qoyaq.

Quran səsi gələn zaman susaq, eşidək və hörmət edək. Bu hal insanın imana sahib olmasının zəminəsi olar. İnsan imanını əməldə inkişaf etdirməlidir, nəinki yersiz sözlər deyərək.

Bəzən Quran oxunan yerdə müşahidə edirik ki, insanlar söhbət edir və Qurana qulaq asmırlar. Çünki bu insanlar Quranın mənasını bilmirlər.

Ancaq bəziləri mənasını bilməsə də, ona hörmət əlaməti olaraq qulaq asır və sükut edirlər. Lakin bir çoxları Quranın nurani səsini eşitməməklə yanaşı, öz söhbətləri ilə başqalarına da qulaq asmağa mane olurlar.

“Allah onların qəlblərinə və qulaqlarına (bədbəxtlik) möhür(ü) vurmuşdur və onların gözlərində (qəflət) pərdə(si) vardır. Onlara böyük bir əzab veriləcəkdir”. (“Bəqərə” 7).

Hər kim Qurana əməl edər, onun nuraniliyindən bəhrələnər. Hər kim Qurana yaxın olar, addım-addım Allaha yaxınlaşar. Ancaq əgər Qurana əməl etməsək, imanımız zəifləyəcək və küfrə gətirib çıxardacaqdır.

“Sonra isə çirkin işlər görənlərin aqibəti Allahın ayələrini təkzib etmək və onlara istehza etmək oldu”. (“Rum” 10).


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930