Peyğəmbərdən (s) hikmətli kəlamlar
Mьəllif: admin1
Tarix: 7-05-2022, 10:41
Peyğəmbərdən (s) hikmətli kəlamlar
Müsəlmanı qorxutmaq heç bir müsəlmana halal deyil. Heç bir müsəlmana rəva deyil ki, üç gündən artıq öz müsəlman qardaşından ayrı gəzsin. (küssün) Sərvətli və ya işləmək qüdrəti olan şəxslərə sədəqə halal deyil.

Nə qədər ki, bir kəsin qəlbi düzəlməyib, imanı da düzəlməz, nə qədər ki, bir kəsin dili düzəlməyib, qəlbi də düzəlməz. Özü üçün istədiyi xeyri mömin qardaşı üçün istəməyən bəndənin imanı yoxdur.

Nə qədər ki, bir kəs ona yetişən şeyin qarşısını almaq və ona yetişməyən şeyi ələ gətirmək imkanının öz əlində olmadığını dərk etməyib, imanın həqiqətinə çatmaz (yəni Allahın qəza və qədərinə imanlı olsun).

Sizlərdən heç birinin imanı dilinə hakim olmadığı müddətdə kamil olmaz. Camaata rəhm etməyən şəxsə Allah da rəhm etməz. Mümkün deyil ki, mömin tox olsun qonşusu ac. Heç bir alim behiştə çatana qədər elmdən doymaz.

Ruzigarı söyməyin, çünki, ruzigar özü elə Allah deməkdir (yəni işlərin təqdiri Allahın əmri ilədir). Ölüləri söyməyin ki, bu iş dirilərə əziyyət verir.

Ölüləri söyməyin, çünki, onlar özlərindən qabaq göndərdiklərinə çatıblar. Heç kəs mömin qardaşının hədiyyəsini qaytarmasın, hətta, imkanı varsa əvəzində o da hədiyyə etsin. Özün geyinmədiyin özgə paltarına əlini silmə.

Dilənçini əliboş qaytarma, heç olmazsa yarım dənə xurma ilə onu razı sal. Müsəlmanların qeybətini etməyin və onların eyiblərini axtarmayın. Heç kəsin sirr pərdəsini yırtmayın. Heç bir yaxşı əməli kiçik saymayın. Elə ki, mömin qardaşına vəd verdin, ona xilaf çıxma.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930