XƏSTƏ NƏFSİ NECƏ TANIMALI?
Mьəllif: admin1
Tarix: 5-06-2022, 22:21
XƏSTƏ NƏFSİ NECƏ TANIMALI?
İnsan öz nəfsindəki xəstəlikləri bir sıra yollarla tanıya bilər:

1. İnsan öz əqlini işə salmalıdır. Çünki o, əql vasitəsi ilə düşünür, həqiqətləri dərk edir, yaxşını pisdən ayırır. İnsan Allahı, öz dini vəzifələrini əql yolu ilə tanıyır. «Yunis» surəsinin 100-cü ayəsində buyurulur: «Allah əzabı düşünüb anlamayanlar üçün qərar verir».

2. Əməl etməzdən qabaq düşünmək lazımdır. İnsan özünə söz verməlidir ki, yaxşıca düşünməmiş heç bir iş görməyəcək. Həzrət Peyğəmbər buyurur: «Tələskənlik insanları həlak etdi. Əgər onlar hər işdən qabaq düşünsəydilər həlak olmazdılar».

3. İnsan düşünərkən əqlin məsləhətlərini nəfsin məsləhətlərindən fərqləndirməli və nəfsi susdurmalıdır. Həzrət Əli (ə) buyurur: «Mömin daim öz nəfsindən bədgümandır və həmişə onda eyib axtarır».

4. Nəfsini paklandırmaq istəyən insan həqiqi ruhaniyə müraciət etməlidir. Bu işdə əxlaq aliminin köməyi olduqca faydalıdır.

5. Bu işdə bilikli və xeyirxah dostdan yardım almaq lazımdır. Yaxşı dost ilahi nemətdir. O, səni eyiblərindən vaxtında xəbərdar etməlidir.

6. Başqalarının eyiblərindən ibrət götürmək lazımdır.

7. Düşmənlərin sənin eyiblərini açıqlamasından istifadə edib bu eyibləri nəzərdə saxlamalısan.

8. İbadətdə süstlük, dünya ləzzətlərinə həvəs qəlb xəstəliyinin əlamətlərindəndir. Əlamətlərə qarşı diqqətli olmaq lazımdır.

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031